Karyerasına yeni başlayanlara 5 məsləhət | Banco.az

Karyerasına yeni başlayanlara 5 məsləhət

Gələcəyini planlayan hər bir gənc kimi, yaxşı bir karyeraya sahib olmaq və uğurlarla dolu bir həyatın qapısını açmaq hər birimizin xəyalıdır.  Xəyal etdiyimiz həyatın təməlində isə başlanğıclar böyük rol oynayır. Karyerasına yeni başlayanlara 5 məsləhət adlı məqaləmi sizlərə təqdim edirəm. 

1) Karyera planı qurun.

Plan qurmaq həyatımızın ən önəmli hadisəsidir. Hardan başlayacam, necə başlayacam, nə etməliyəm? kimi suallarla dolu bir plan qurmaq bizim istiqamətimizi tapmamızda köməklik edəcəkdir.  Belə suallar zamanı özünüzü analiz də etmiş olacaqsınız,  sevərək işləyəcəyiniz sahəni müəyyənləşdirə biləcəksiniz.  Məncə, iş prosesində uğursuzluq  əldə edilməsinin əsas səbəbi soğan olsun , nəğd olsun prinsipidir.  Əgər özümüzü hansı sahədə görürüksə, ona uyğun bir plan qurmalıyıq. Çünki cəmiyyətdə həmin sahədə fəaliyyət göstərən minlərlə şirkət mövcuddur, biri olmasa o birisi olacaq. Amma ən əsası odur ki, sevdiyimiz yerdə olacayıq. 

2) Dürüst olun. 

Çox vaxt işə müraciət zamanı insanlar CV-nə  doğru olmayan məlumatlara yer verirlər. Məsələn rus dilini bilməyən birinin , rus dilini orta səviyyədə bildiyini CV-də qeyd etməsi gələcəkdə rus dili bilgisi tələb olunan vəziyyətdə  ona problem yaradacaqdır.  Təkcə işə müraciət zamanı deyil, iş prosesində də dürüst olmaq sizə uğurlu karyera zamanı yardım edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

3) Bacarıqlarınız şəxsiyyətinizdən önəmli deyil. 

Unutmayın, siz şəxsi inkişafınız üçün bacarıqlarınızdan istifadə edirsiniz. Ona görə də çalışın, gördüyünüz işdə ən yaxşısı olun və daima çalışdığınız mühitdə seçilin. İş komandası sizə yalnız bacarıqlarınıza görə deyil, şəxsiyyətinizə görə də hörmət etsin. 

4) Karyera mərhələsinə əhəmiyyət verin.

Unutmayın, sizin karyeraya başlayacağınız dövr ən məhsuldar dövrünüz olacaq. Siz həm ölkə iqtisadiyyatına həm də cəmiyyət üçün faydalı olacaqsınız. İşsiz damğasından qurtulub, işlək insanlar qrupuna qoşulacaqsınız.  Ona görə də bu mərhələdə hər saniyənin dəyərini bilin, bir gün işə olan həvəsinizin itəcəyini unutmayın. Ona görə də motivasiyanızı itirmədən, daima qazanc əldə etmək üçün çalışın. 

5) Sizə dəyər verən bir şirkətdə işə başlayın.

İşləyəcəyiniz şirkət sizin planlarınıza və gələcəyinizə təsir edəcək. Daima bilmədiklərini öyrənən, sizə motivasiya verən, əmr verməklə deyil komanda işi ilə bir məsuliyyətin  öhdəsindən gələn  şirkət seçin.  Son olaraq unutmayın sizin şirkətə  deyil , onların sizə ehtiyacı var. Əgər sizi seçməyiblərsə, demək ki sizə layiq deyillər.

Uğurlar :)