Hər bir insanın ən böyük arzularından biri özünə karyera qurmaqdır. Çox təəssüflər olsun ki, karyerada yüksəlmək üçün səhv fikirlər söyləyənlər var. Bu səhv fikirlərlə tanış olun ki, öz karyeranızı qurarkən asanlıqla uğur əldə edəsiniz.
- Heç vaxt iş yoldaşlarından seçilmə : Yalnış fikir . Bütün insanlar işləyir, amma bütün insanlar karyera qurmurlar. Əgər heç nə ilə digərlərindən seçilməsəniz, sizi nəyə görə işdə qabağa çəksinlər ki? Ona görə də bu cür deyimlərlə razılaşmayın. Uğur qazanmaq üçün özünüzü təkcə mütəxəssis kimi deyil ,həm də şəxsiyyət kimi göstərməyə çalışın.
- İşdən sonra qal və bütün gücünlə işlə : Yalnış fikir. Əsl həqiqətdə bu ondan xəbər verir ki, siz öz işinizin öhdəsindən gələ bilmirsiniz. Əlbəttə,bəzən elə şərait olur ki, işdən sonra qalmaq və hətta bazar günü də işə çıxmaq vacib olur. Amma bu sizin üçün bir qaydaya çevrilməməlidir.
- Həmkarlarınla dostluq elə : Yalnış fikir . İşdə işləmək lazımdır, dostluq eləmək yox. Gözəl və bərabər münasibətləri bütün işçilərlə saxlasanız, heç də pis olmaz. Amma kiminləsə səmimiyyət baxımdan yaxın münasibət qurmadan öncə yüz dəfə ölçüb,bir dəfə biçsəniz daha məsləhətlidir. Əsl həqiqətdə, yeni kollektivdə insan özünü xeyirxah və səmimi bir insan kimi nümayiş etdirməyə çalışır. Siz də buna çalışın,amma həddi aşmayın və həmişə ehtiyatlı olun.
- Qəti işini dəyişdirmə : Yalnış fikir. İndi bir çox idarələrdə, şirkətlərdə kimisə işə götürərkən uzun müddət bir yerdə işləyənlərə daha ehtiyatla yanaşılır, nəinki iş yerini daha tez-tez dəyişənlərə. İş yerini, hətta ixtisasını dəyişmək insanın biliiyini, təcrübəsini artırır və yaxşı tanışlar əhatəsini genişləndirir.
- Rəhbər həmişə haqlıdır : Yalnış fikir. Bəzən rəhbərlərlə mübahisə etməyə lüzum yoxdur. Əgər o, açıq-aşkar şəkildə inad edirsə, onda çox da dərinə getmədən onunla razılaşmaq, amma bacardıqca öz bildiyin kimi hərəkət etmək lazımdır. Qalibi heç vaxt mühakimə etmirlər. Amma yadınızda saxlayın : bunun üçün mütləq qalib olmalısınız.