Kartım oğurlanıbsa nə etməliyəm? | Banco.az

Kartım oğurlanıbsa nə etməliyəm?

Kartım oğurlanıbsa nə etməliyəm? – bu sualla ötən günü bir çox banklarımıza müraciət etdik.

Kart oğurlandıqda onu bir qayda olaraq blok etmək tələb olunur və bunu əsasən üç yolla etmək mümkündür

  • Onlayn bankinq vasitəsi ilə (bu xidmətə öncədən qoşulmaq tələb olunur)
  • Mobil bankinq xidməti vasitəsi ilə (əksər banklarda mobil bankinq pulsuzdur)
  • Bankın Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla
  • Kartın prosessinq mərkəzinə zəng etməklə

Qeyd etmək istəyirik ki, bankların özlərinin məlumat mərkəzləri 24/7 xidmət göstərmədiyi halda, prosessinq mərkəzləri gün ərzində fasiləsiz işləyir və bu kartı blok etmək üçün ən qısa yoldur.

Hazırda banklarımız əsasən AzeriCard və MilliKart prosesinq mərkəzləri işlə işləyir. Kapital Bank, Bank Standard və Yapı Kredi isə özlərinin ayrıca prosessinq mərkəzini yaratmışdır.

Beləliklə sahib olduğunuz kartın hansı prossesinq mərkəzində xidmət olunduğunu bilməlisiniz.

Milli Kart (24 saat/həftənin 7 günü)

Kart sahibi öz plastik kartını aşağıdakı üsullardan birindən istifadə etməklə bloka sala bilər:

  • - müştəri xidmətlərinə zəng vurmaqla (*8893)
  • - internet bankinq vasitəsilə
  • - 8893 qısa nömrəsinə "stop" yazıb göndərməklə (sms banking müştərisidirsə)

AccessBank, Unibank, Azər-Türk Bank, ASB Bank, DəmirBank, Express Bank, KredoBank, ZaminBank, NaxçıvanBank və BankofBaku

AzeriCard (24 saat/həftənin 7 günü)

Ən sərfəli kredit üçün müraciət et

Kart sahibi öz plastik kartını aşağıdakı üsullardan birindən istifadə etməklə bloka sala bilər:

  • Mobil bankinq ximətinin istifadəçisidirsə, mobil telefonla
  • Pensiya kartları ilə bağlı müraciətlər üçün 194 (012 194) nömrəsinə
  • Digər kartlara aid olan müraciətlər üçün – 012 5984697 və 012 5984376

Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Xalq Bank, Bank Silk Way. Bank Technique, Bank Respublika, Bank of Azerbaijan. AG Bank, AFB Bank, Muğan Bank, Nikoil, Qafqaz İnkişaf Bankı, Turan Bank, Rabitə Bank, Azər Kredit Bank, Ata Bank,  Amrah Bank, Bank BTB, Deka Bank, NBC Bank, Gəncə Bank, Para Bank, Günay Bank, United Credit Bank, Bank Avrasiya

Bank Standard kartları üçün

  • 158 nömrəsi ilə əlaqə saxlamaq ( 24/7)
  • Mobil Bankinq vasitəsi ilə (xidmətə öncədən qoşulmaq tələb olunur)

Yapı Kredi Bank kartları üçün

  • *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng etməklə ( 24/7)
  • 012 4977652 nömrəsinə zəng etməklə

Kapital Bank kartları üçün

  • 196 nömrəsi isə əlaqə saxlamaqla
  • Mobil bankinq (xidmətə öncədən qoşulmaq tələb olunur)

Kart blok edildikdən sonra o, stop-listə daxil edilir, onun vasitəsi ilə hər hansı bir əməliyyat keçirmək cəhdi bloka salınır. Kart blok edildikdən sonra kartı aldığınız banka yaxınlaşıb, sizə yeni kart çıxarılması üçün müraciət edirsiniz. Bir qayda olaraq, bu əməliyyat ödənişli olur. Kartın dəyərindən və növündən asılı olaraq, 5-10 AZN və daha baha da ola bilər. Kartın itirilməsi sizin məsuliyyətinizdə olduğu üçün bank tərəfindən bu xidmətə görə ödənişin istənilməsi tamamı ilə qanunauyğundur.

Ən sərfəli krediti almaq üçün müraciət et