Kartdan karta pul köçürməyin ən asan yolu | Banco.az

Kartdan karta pul köçürməyin ən asan yolu

İndi siz, kartdan-karta pul köçürmək üçün evdən və ya iş yerindən ayrılıb, ATM axtarmaq məcburiyyətində qalmayacaqsınız. Çünki, kartdan-karta pul köçürməyin daha rahat və sürətli yolu vardır. Siz onlayn şəkildə kartdan karta pul köçürmək istəsəniz “E-Pul” elektron ödəmə sisteminin xidmətlərindən istifadə edə bilərsiniz.

Həmçinin bax: Bankların mobil tətbiqi vasitəsilə kartdan karta necə pul köçürmək olar? - YENİ 2020

E-Pul.az-da kartdan karta pul göndərmək üçün nə lazımdır?

Bundan ötrü saytda bir dəfə qeydiyyatdan keçmək kifayət edir.

Əgər qeydiyyatdan artıq keçmisinizsə, onda telefon nömrənizi və şifrənizi yazmaqla  “Şəxsi kabinet” bölməsinə daxil olursunuz.

Bu bölmədə Siz öz kartlarınızı qeydiyyatdan keçirə, yeni ödənişlər yarada və ya müntəzəm həyata keçirdiyiniz ödənişləri avtomatik rejimə sala bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən E-Pul.az portalı Sizə kartdan-karta pul köçürmək imkanını da yaradır.

Bunun üçün açılan pəncərədə müvafiq xanaları doldurmaq kifayət edir: - Qəbul edənin kart nömrəsi,  - bitmə tarixi, - Məbləğ (maks 1000 AZN), Məbləğ komissiya ilə (Komissiya 1.5%, minimum 2 AZN).

Sonra ödəniş et düyməsinə klik etmək tələb olunur.

Kartdan karta bölməsində əməliyyatları hələ ki, yalnız Milli Kart sisteminə aid olan kartlar ilə həyata keçirmək mümkündür. Milli kart prosessinq mərkəzində xidmət olunan banklar və qurumlar isə bunlardır: Dəmirbank, Unibank,  Expressbank,   AccessBank, ASB Bank,  Azər-Türk Bank, Zaminbank  Naxçıvanbank, Kredo Bank, Bank of Baku  və Azərpoçt

Nəzərə alın ki, Siz daha öncədən "Mənim kartlarım" bölməsində öz kartınıza dair məlumatları sistemə daxil etməlisiniz. Məlumatlar sistemdə qalacaq və onları hər dəfə yenidən daxil etmək tələb olunmayacaq. Sonra Siz öz kredit və ya digər ödənişlərinizi də sistemə daxil olmaqla həmin kart vasitəsi ilə edə biləcəksiniz. 

Məlumatların şifrələnməsinin ən yeni proqram-aparat həlləri, yüksək səviyyəli platformalar və məlumatların ikitərəfli təhlükəsizlik kanalları “E-Pul” elektron ödəniş sisteminin və ödəmələrin təhlükəsizliyini təmin edir.

Ən sərfəli krediti almaq üçün müraciət et