Kapitalından ən yaxşı istifadə edən banklar | Banco.az

Kapitalından ən yaxşı istifadə edən banklar

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I rübünü 123,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4  milyard 638 milyon 586 min  manat məbləğində nizamnamə kapitalının 2,7%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 21,1%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 6-cı bankdır.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "PAŞA Bank" ASC tutub. Bank ötən rüb nizamnamə kapitalının 10,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "PAŞA Bank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 3-cüdür.

Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Baxmayaraq ki, bu bank nizamnamə kapitalının məbləğinə görə, ölkədə liderdir.

Mənfəətlə işləyən qalan 18 bankdan 8-də sözügedən göstərici 1-10% arasında, 2 bankda 1%, 8 bankda isə 0-1% arasında dəyişir.

Bankın adı

Bankın rüblük mənfəətinin /

zərərinin nizamnamə kapitalına

nisbəti

1

Kapital Bank

21,1%

2

PAŞA Bank

10,7%

3

Azərbaycan Beynəlxalq Bankı

10,5%

4

Unibank

5,4%

5

Azərbaycan Sənaye Bankı

5,3%

6

Xalq Bank

3,2%

7

Rabitəbank

3,2%

8

Yapı Kredi Bank Azərbaycan

3,0%

9

Premium Bank

2,9%

10

Zıraat Bank Azərbaycan

1,9%

11

Naxçıvan Bank

1,6%

12

Bank Respublika

1,0%

13

Express Bank

1,0%

14

Nikoyl Bank

0,9%

15

Azər-Türk Bank

0,8%

16

Günay Bank

0,6%

17

Bank VTB Azərbaycan

0,5%

18

AFB Bank

0,2%

19

Turan Bank

0,2%

20

Atabank

0,1%

21

Bank Avrasiya

0,0%

22

AGBank

-0,5%

23

NBC Bank

-0,9%

24

Pakistan Milli Bankı - Bakı

-1,2%

25

Bank BTB

-4,0%

26

Amrah Bank

-4,3%

27

İran Milli Bankı - Bakı

-11,7%

28

Muğan Bank

-14,0%

29

Bank of Baku

-14,7%

30

Access Bank

-28,8%

Ən sərfəli kredit üçün müraciət et

 

Renkinq.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç