“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olub | Banco.az

“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olub

Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

Bankdan verilən məlumata görə, yığıncaqda kredit təşkilatının nizamnaməsi yeni redaksiyada, “Səhmdarların ümumi yığıncağının çağırılması və keçirilməsi Qaydaları”, “Hesablama Komissiyası haqqında Əsasnamə”, Müşahidə Şurasının (MŞ) Əsasnaməsinə əlavə və dəyişikliklər, 2016-cı ilin yekunlarına dair maliyyə hesabatları təsdiq edilib, səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, “Kapital Bank”ın daxil olduğu “PAŞA Holdinq” MMC-nin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Bankın MŞ-nın üzvü təyin edilib.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i "PAŞA Holdinq"ə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Ən sərfəli krediti almaq üçün müraciət et