Kapital Bankın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev | Banco.az

Kapital Bankın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev

"Bankirlərimizi tanıyaq" layihəsinin növbəti qonağı Kapital Bankın İdarə Heyətinin Sədri Rövşən Allahverdiyev-dir.

Rövşən Allahverdiyev 11 yanvar 1972-ci ildə Bakı şəhərində anadan olub.

1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

Gənc yaşlarımdam riyaziyyat fənninə böyük marağım olub. Humanitar fənləri oxusam da, hesablamalar, rəqəmlər mənə daha doğma gəlirdi”.

 

Hələ ali məktəbdə oxuduğu zaman, 1992-ci ildə ilk özəl banklardan olan Xəyal Bank-da işləməyə başlayıb.

1996-cı ildən 2002-ci ilədək Arko Bank-da işləyib və İdarə Heyəti sədrinin müavini vəzifəsinə qədər yüksəlib.

 Mürəkkəb olan 90-cı illərdə özəl bankların sayı çox idi. Hamı da pul qazanmaq barədə düşünürdü. Mən ilk iş yerimdə pul qazanmaqdan çox təcrübə qazanmağa üstünlük verirdim”.

2002-ci ildə Zamin Bank-da işləyib.

2003-cü ildə Qafqaz İnkişaf Bank-ında İdarə Heyəti sədrinin müavini olub.

Sonra 2006-cı ilədək Texnika Bank-da işləyib.

Əsl bankir ilk növbədə şəffaf, səmimi, dürüst və təbii ki, riskləri hesablaya bilən olmalıdır. Bank işində lapdan qərar qəbul etmək olmaz. Gərək yüz ölçüb, bir biçəsən”.

2007-2013-cü illər ərzində Paşa Bank-da İdarə Heyəti sədrinin müavini vəzifəsində olub.

2013-cü ilin iyun ayından Kapital Bank-ın İdarə Heyətinin sədridir.

Ailəlidir, 2 övladı var.

Rövşən Allahverdiyev Kapital Bank-dakı filial şəbəkəsinin və biznes proseslərin transformasiyası layihəsinə rəhbərlik edib. Məhz bunun nəticəsində Kapital Bank bir neçə ildir ki, maliyyə göstəriciləri, filial şəbəkəsi və digər meyarlara görə ölkənin lider bankıdır.

 

Bankirə sual

BANKİRƏ SUAL VER

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç