"Kapital Bank”-ın MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM | Banco.az

"Kapital Bank”-ın MƏNFƏƏTİNDƏ İKİQAT ARTIM

"Kapital Bank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 3 milyard 584 milyon manat təşkil edib.

Bankın maliyyə hesabatına görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 13,2% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 1 milyard 322 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 27,4% böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın cəmi öhdəlikləri 8,5% artaraq 3 milyard 163 milyon manata, o cümlədən depozit portfeli 10,7% artaraq 2 milyard 700 milyon manata, cəmi kapitalı isə 67,4% artaraq 421 milyon 481 min manata, o cümlədən nizamnamə kapitalı 21,5% artaraq 225,85 milyon manata çatıb.

Bu ilin I rübündə “Kapital Bank”ın faiz gəlirləri 93 milyon 296 min manat (ötən ilin eyni dövrünə nsibətən 27% çox), faiz xərcləri 16 milyon 433min manat (15,4% az), qeyri-faiz gəlirləri 36 milyon 38 min manat (9,6% çox), qeyri-faiz xərcləri 46 milyon 335 min manat (26,1% çox), aktivləri üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ayırmaları 6 milyon 505 min manat (70,4% az), mənfəət vergisi ödəmələri isə 12 milyon 435 min manat (2,1 dəfə çox) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Oxu: “Kapital Bank”ın verdiyi kreditlər artıb

 

Son nəticədə Bank ilk rübü 47 milyon 626 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.  “Kapital Bank” 2018-ci ilin 1-ci rübünü 22 milyon 263 min manat xalis mənfəətlə bağlamışdı.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,86%-i daxil olduğu "PAŞA Holdinq"ə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et