Kapital Bank - İLİN BANKI mükafatına layiq görülüb | Banco.az

Kapital Bank - İLİN BANKI mükafatına layiq görülüb

Banco.az saytı 2018-ci ilin nəticələrinə görə, "İlin Ən Yaxşıları"nın seçimini yekunlaşdırdı. 12 mart tarixindən başlayan səsvermədə 10 mindən çox insan iştirak edərək, bəyəndikləri maliyyə təşkilatlarına dəstək olaraq onları qalib etməyə çalışdılar.

Bu ilki səs vermənin nəticələrinə görə “İlin bankı” mükafatını Kapital Bank qazandı. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir.

Qeyd edək ki, Kapital Bank bu il daha 2 nominasiya üzrə də qalib olub. Bu il ən yaxşı PR və Korporativ Sosial Məsuliyyət layihəsi üzrə "İlin PR (KSM) layihəsi" 3438 səsin 35%-ni (1190) toplayaraq Kapital Bank “Yaşa Təqaüdçülər mərkəzi” birinci yerə layiq görüldü. Qeyd edək ki, mərkəzin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

Ötən il taksit kartlarının aktiv istifadəsi və onlarla kampaniyalar və yeniliklərlə yadda qalan Kapital Bankın “BirKart” məhsulu da “İlin taksit kartı” nominasiyasında qalib oldu. Səslərin 34%-ni toplayaraq birinci yerə layiq görülən Birkart Kapital Bankın təqdim etdiyi, faizsiz və komissiyasız taksit imkanı verən unikal bir kartdır.

Ən sərfəli kredit üçün müraciət et

Strateji baxışı dayanıqlı gələcəyi təmin edən bir nömrəli maliyyə tərəfdaşına çevrilmək, missiyası isə həyatın hər bir dönəmində şəffaf maliyyə tərəfdaşlığı ilə ölkəmizin sosial-iqtisadi rifah halını yüksəltmək olan Kapital Bankı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.

İlin Bankı mükafatını Banco.az portalının rəhbəri Fərid İslamov Kapital Bankın Baş Marketinq inzibatçısı Samir Məmmədova təqdim etdi. 

İlin Taksit Kartı  mükafatını Banco.az portalının rəhbəri Fərid İslamov Kapital Bankın Marketinq Departamentinin Direktoru Günel Fərzəliyevaya təqdim etdi. 

İlin KSM(PR) layihəsi mükafatını Banco.az portalının rəhbəri Fərid İslamov Kapital Bankın Mətbuat katibi Pərviz Sədrəddinova təqdim etdi. 

Ən sərfəli krediti almaq üçün müraciət et