Kapital Bank haqqında bilməli olduğunuz 10 fakt | Banco.az

Kapital Bank haqqında bilməli olduğunuz 10 fakt

Kapital Bank haqqında bilməli olduğunuz 10 fakt

  1. Adından dolayı bəzən insanlar “Kapİtal Bank” ASC-nın Paşa Holdinqə məxsus olduğunu unudur. Bankın səhmlərinin 99,87%-I holdinqə, 0,13 faizi isə fiziki şəxslərə məxsusdur.
  2. Kapital Bank 92 filial və 6 şöbə ilə Azərbaycanın xidmət şəbəkəsinə görə ən böyük bankıdır. 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. 
  3. Kapital Bank özünü Azərbaycanda ilk kassası 1874-cü ildə yaradılan Əmanət Bankının hüquqi varisi hesab edir. Buna görə də bank özünü Azərbaycanın ən yaşlı banklarından biri sayır. Beləliklə Bankın 142 yaşı var.
  4. Digər tərəfdən isə Bank əslində AR Nazirlər Kabinetinin 21 fevral tarixili qərarı ilə 2000-ci ildə Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının birləşməsi nəticəsində yaranıb və ilk adı Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) olub.
  5. Kapital Bank adı isə daha gəncdir. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınıb. 2005-ci ildən bəri banl “Kapital Bank adı ilə tanınır.
  6.  2005-ci ilə qədər dövlət bankı olan Kapital Bank, özəlləşdirməyə doğru gedir. 2005-ci il 1 mart tarixli 205 nömrəli Fərmanına uyğun olaraq, "Kapital Bank" ASC-nın nizamnamə kapitalının əlavə səhm emissiyası hesabına iki dəfə artırılması barədə qərar qəbul edilib. Ilkin mərhələdə bankda dövlət iştirakının payı 100%-dən 50%-dək azaldılıb.
  7. Bankın tam özəlləşməsinin başa çatması 2008-ci ilə təsadüf edir. Dövlətə məxsus son səhmlərin 10 faizinin fiziki şəxslərə, 85 faizinin hüquqi şəxslərə hərrac vasitəsi ilə satılması ilə özəlləşmə yekunlaşıb.
  8. Kapital Bankın 15.000.000 ədəd səhmi var və hər birinin nominal dəyəri 12,39 manatdır.
  9. Bankın beynəlxalq reytinqi Standard and Poor's tərəfindən müəyyən edilir: Xarici valyutada olan depozitlərin uzunmüddətli reytinqi “Ba3”, manatla qısamüddətli reytinqi “NP” və maliyyə dəstəyi reytinqi “E+” səviyyəsindədir.​
  10. Kapital Bank son üç ilin ən çox mənfəət əldə edən və mənfəət vergisi ödəyən bankıdır.​​

Ən sərfəli kredit üçün müraciət et

Könül Soltanova, Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et