Jeff Bezos: Bu gün hamı məhsulun keyfiyyətini artırmaqda rəqabət aparır | Banco.az

Jeff Bezos: Bu gün hamı məhsulun keyfiyyətini artırmaqda rəqabət aparır

Forbes jurnalının 100 illiyi münasibəti ilə Amazonun yaradıcısı Jeff Bezos informasiya şəffaflığı dünyasında istehlkaçıların rolu haqqında esse yazıb.

“Biz köklü dəyişikliklərin şahidi oluruq, onların sayəsində informasiya şəffaflığı dövründə istehlakçıların rəyi böyük əhmiyyət və güc kəsb etməyə başlayıb.

Əgər əvvəllər istehlakçı öz aldığı məhsuldan məmnun idisə bu haqda o, öz 5 dostuna danışırdı. Amma indi isə hər yerdə mövcud olan internetə çıxış sayəsində - istər bu ixitsaslaşmış platformalarda rəylər olsun, istər də sosial şəbəkələrdə paylaşımlar – istehlakçı  aldığı yaxşı məhsulu öz 5 min dostuna məsləhət görə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Keçmiş dövrlərdə, keyfiyyətsiz məhsul, keyfiyyətli marketinq təşkil etdikdə, mağaza rəflərində ağalıq edə bilərdi. Bu gün isə istehlakçılar heç bir çətinlik olmadan, informasiya şəffaflığı sayəsində əla məhsul və xidmətlər tapa bilər. Onlar məhsulları asanlıqla digər analoqları ilə müqayisə edə və bu haqda bütün dostlarına danışa bilər, yəni marketinq baxımından ən çətin olan şeyi onlar özləri edir.

Bu gün öz məhsulun haqqında daha möhkəm qışqırmaq əvəzinə, hamı keyfiyyəti artırmaq üzərində rəqabət aparır. Bu istehlakçılar üçün olduqca yaxşıdır, bu kompaniyalar üçün də olduqca yaxşıdır, hansılar ki,məhz bu prinsiplər ilə idarə olunur. Nəticədə  isə bu bütünlükdə cəmiyyət üçün çox faydalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et