Jack Ma-nın şirkət üçün Alibaba adını seçmə səbəbi nə idi? | Banco.az

Jack Ma-nın şirkət üçün Alibaba adını seçmə səbəbi nə idi?

Jack Ma dünyadaca tanınan Alibaba şirkətinin yaradıcısıdır. Onun həyat hekayəsi və keçdiyi bir sıra çətinliklər bir çox insana məlumdur. Jack Ma haqda qısa məlumat olaraq deyə bilərik ki, o, Çində kasıb bir ailədə anadan olmuş və bir çox universitetlərdən rədd cavabı aldıqdan sonra sonunda ingilis dili müəllimliyi üzrə yerli universitetlərdən birində təhsilinə davam etdirmişdir. Daha sonra Çində aylıq gəliri 12 dollara şirkətlər üçün veb saytlar hazırlamağa başlayıb. Bunun ardından Çində Yellowpages adında ilk yerli e-ticarət saytı qurmuşdur. Daha sonralar Amerikaya səfər edən Jack Ma burda e-ticarət sisteminə ehtiyac olduğunu anlamış və beləliklə, Alibaba kimi qlobal şirkət qurmaq qərarına gəlmişdir. Şirkətin ad seçimi isə çox maraqlı olub. Onun sözlərinə görə şirkəti dünya üzrə tanıtmaq istədiyi üçün belə bir ada ehtiyac duyub. Jack Ma-nın sözlərinə görə, bir dəfə San Fransiskoda kafedə oturarkən Alibabanı tanıyıb-tanımadığını ofisiantdan soruşub və o, tanıyıram və “Açıl susam açıl” ifadəsini işlədib. Bundan sonra küçəyə çıxan Jack Ma 30 yaxın fərqli irqlərdən olan insanlara eyni sualı verib və hamısından müsbət cavab alıb. Alibaba marka adı olaraq həm tanınırdı, həm də müsbət xarakter idi. Bundan əlavə “açıl susam açıl” da bir növ dünyaya açılan qapını ifadə edirdi deyə bildirib. Beləliklə, 1999-cu ildə Jack Ma 80 nəfərdən topladığı 60000 dollar borcla Alibaba şirkətini qurub və tezliklə bir çox iri şirkətlərlə əməkdaşlığa başlayıb. B2B sisteminə əsaslanan şirkət əməkdaşlıqdan əlavə yatırımlar alaraq zamanla daha da böyüyüb və hal-hazırda dünya biznes sektorunda özünəməxsus yer tutmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

 

Nəcibə Yusifova Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et