İxracatdan ən çox gəlir əldə edən ölkələrin siyahısı AÇIQLANIB | Banco.az

İxracatdan ən çox gəlir əldə edən ölkələrin siyahısı AÇIQLANIB

Ölkələr inkişaf etdikcə onların gəlir səviyyəsi zamanla artır. Belə olan halda ölkələr idxaldan daha çox ixraca üstünlük verməyə başlayır. WeForum ixracatdan ən çox gəlir əldə edən ölkələrin siyahısını açıqlayıb. Siyahıda ilk yeri Çin tutub. Ölkənin ixracdan əldə etdiyi gəlir 2 trilyon 263 milyard dollar təşkil edir. Bu sahədə ikinci yer 1 trilyon 547 milyard dollarla Amerikaya məxsusdur. Üçüncü yer sənayenin vətəni Almaniyaya məxsus olub, bu rəqəm 1 trilyon 448 milyard dollar təşkil edir. Texnologiyanın məskəni sayılan Yaponiyada isə bu rəqəm 698 milyard dollardır. Dünyaya ixrac etdiyi qızılgülləri ilə məhşur olan Hollandiya isə 652 milyard dollarlıq ixracı ilə beşinci yerdə məskunlaşıb. Texnologiya sahəsində hər zaman adından söz etdirən bir digər ölkə olan Cənubi Koreyada bu rəqəm 574 milyard dollar təşkil edir. Siyahıdakı sonrakı yerləri 535 milyard dollar ilə Fransa, 506 milyard dollarla İtaliya və son olaraq 445 milyard dollarlıq gəlirlə İngiltərə tutur. 

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova, Banco.az              

Ən sərfəli krediti almaq üçün müraciət et