İtaliya bankları rəqəmsal avronu sınaqdan keçirmək istəyir | Banco.az

İtaliya bankları rəqəmsal avronu sınaqdan keçirmək istəyir

İtaliya bankları Assosiasiyası (ABİ) rəqəmsal avronun yaradılmasını sürətləndirmək istədiyini bildirib. 

Ölkənin ən nüfuzlu 700 Bankından ibarət olan ABİ, yeni rəqəmsal valyutanın müvəffəqiyyətini müəyyən edəcək 10 prioritetdən ibarət siyahını tərtib edib. 

ABİ nümayəndələrinin fikrincə, Mərkəzi Bankın rəqəmsal valyutası əməliyyatlar üzərində ən yaxşı nəzarəti təmin edən, həm də valyuta məzənnələri və faiz dərəcələri üzərində nəzarəti bərpa edən böyük texniki tərəqqinin sinonimi olacaq. 

Qeyd edək ki, pul-kredit transformasiyasını sürətləndirmək istəyən ölkələrin siyahısı artır. Bu ilin əvvəlində Fransa Bankı rəqəmsal keçidə hazırlıq üçün əlavə eksperimental təşəbbüslərin həyata keçirilməsinə çağırıb. Niderland Mərkəzi Bankı isə 2020-ci ilin aprelində promouter rolunu öz üzərinə götürmək istədiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et