İstehlak qiymətləri indeksi nədir? | Banco.az

İstehlak qiymətləri indeksi nədir?

İstehlak qiymətləri indeksi ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

İstehlak qiymətləri indeksinin düsturu aşağıdakı kimidir:

İstehlak qiymətləri indeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100

Məsələn düşünək ki, tipik bir isteklakçı hər ay 5 kq alma, 2 kq portağal alır və onun isteklak səbəti ancaq bu məhsullardan ibarətdir. Bu ay almanın bir kiloqramının qiyməti 1 man, portağalın bir kiloqramının qiyməti isə 2 man-dır. Keçən ay isə 1 kq alma 0.98 man, 1 kq portağal isə 1.95 man olmuşdur. Bu zaman istehlak qiymətləri indeksi belə hesablanacaqdır:

Ən sərfəli kredit üçün müraciət et

İQİ=(almanın çəkisi×almanın cari qiyməti+portağalın çəkisi×portağalın cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+portağalın çəkisi×portağalın keçən aya olan qiyməti)×100

İQİ= (5×1+2×2)/(5×0.98+2×1.95)×100=102 Hər ay üçün istehlak qiymətləri indeksi tapılır və müqayisə edilərək inflyasiya səviyyəsi müəyyən edilir.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et