İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib | Banco.az

İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik layihəsi plenar iclasa tövsiyə edilib

Milli Məclisin Əmək və social siyasət komitəsinin bu gün keçirilən iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklikə əsasən, Fondun gəlir və xərcləri artırılır.

Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda parlamentin plenar iclasında tövsiyə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et