İspaniyada minimum əmək haqqının məbləği artırılıb | Banco.az

İspaniyada minimum əmək haqqının məbləği artırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniyada minimum əmək haqqı 1080 avroya qaldırılıb.

Banco.az xəbər verir ki, İspaniyada sol koalisiya hökumətinin həftəlik Nazirlər Şurasının iclasında hazırda 1000 avro olan aylıq ümumi minimum əmək haqqı 1080 avroya qaldırılıb.

Sosialist İşçi Partiyası (PSOE) və Birlik partiyalarının koalisiyasından ibarət hökumət səlahiyyət müddəti ərzində ötən 4 ildə dördüncü dəfədir ki, minimum əmək haqqını artırır.

Belə ki, hökumət minimum əmək haqqını 2019-cu ildəki 900 avrodan müvafiq olaraq 950 (2020), 965 (2021), 1000 (2022) və nəhayət, bu dəfə 1080 avroya qədər artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et