İşləmək istəyənə 10 məsləhət | Banco.az

İşləmək istəyənə 10 məsləhət

Yeni iş axtarışındasınız! Bu bəlkə o qədər də asan olmayacaq. Budur, işə qəbul olmaq istəyənlərə 10 qızıl məsləhət:

1 - Tərcümeyi-halınızı vəya ərizənizi, iş üçün müraciət etdiyiniz şirkətə görə hazırlayın: Standart bir CV, digər müraciətlərin arasından seçilməyinizə kömək edə bilməz. Göndərdiyiniz hər bir məlumatın işəgötürənin fəaliyyət sahəsinə görə hazırlanmasına diqqət edin.

2 - Öz üzərinizdə işləyin: Qəzetlərdəki iş elanlarına cavab yazarkən, eyni zamanda internet saytlarında axtarış edin. Sərgilərə, yığıncaqlara qatılmağa çalışın.

3 - Öz başınıza hərəkət etməyin: Ailəniz, dostlarınız, köhnə iş yoldaşlarınızın tanışları olduğunu unutmayın. İş tapmaqda ən faydalı üsul dost tövsiyyəsidir. Əlaqələrinizi canlı tutun. Kömək istəməkdən utanmayın.

4 - Özünüzə uyğun bir şirkət axtarın: Sizə iş verə biləcək potensial şirkətlərin web səhifələrinə baxın, onlar haqqında məlumat toplamağa çalışın. Şirkətlərin öz mədəniyyətlərinə uyğun işçilər axtardığını unutmayın.

5 - Əhvalınızı pozmayın: Mütəxəssislər orta hesabla bir iş axtarış prosesinin 3-10 ay arasında dəyişdiyini bildirirlər. Bu dövrdə bir çox dəfə rədd edilmiş ola bilərsiniz. Ruhdan düşməyin; xəyallarınızdakı iş hardasa bir yerdə sizi gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

6 - Daima hazır olun: İlk görüş üçün əlinizdən gəldiyincə çox hazırlaşın. Görüşdən əvvəl şirkətin məhsulları, markaları, mədəniyyəti, missiyası və vizionu haqqında məlumat sahibi olun.

7 - Əsla gecikməyin: Görüşün növü nə olursa olsun, hər zaman ən azı on dəqiqə tez getməyə çalışın. Nəqliyyat, yağış kimi ünsürləri göz qarşısında saxlayın.

8 - Paltar və davranışlarınıza fikir edin: Ən yaxşı geyimlərinizi seçin. İş iclaslarında kostyumun hər zaman zəmanətli bir seçim olduğunu unutmayın.

9 - Danışmaqdan çox dinləməyə üstünlük verin: Bir yığıncaqda gərginsinizsə çox danışmayın. Susub dinləyərək təşkilat haqqında çox əhəmiyyətli məlumatlar əldə edə bilərsiniz. Həmçinin, söyləmək istəmədiyiniz sözləri söyləməkdən xilas olmuş olarsınız.

10 - Yaxşı suallar verin: Hər görüşün sonunda, işəgötürən sizə mütləq sual soruşma fürsəti verəcək. Əvvəldən hazırladığınız suallar ilə orada işləməyə həqiqətən istəkli olduğunuz təəssüratı yaradacağınızdan əmin ola bilərsiniz.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et