İşinizin təhlükədə olduğunun 8 işarəsi | Banco.az

İşinizin təhlükədə olduğunun 8 işarəsi

Forbes.com web saytında yayımlanan xəbərdə, işdən çıxarılma istiqamətində 8 işarə və bunun qarşısının alınması yolları haqqında tövsiyələr verilmişdir. 

Çıxarılma istiqamətində 8 işarə başlığıyla Claire Bradley tərəfindən qələmə alınan yazıda, işsizlik nisbətlərinin gedərək yüksəldiyi bu dövrdə yoldaşlarının ya da ailə fərdlərinin işdən çıxarıldığını göstərir. 

Görəsən növbədə mən də varam mı?

  • İşlədiyiniz şirkət satıldısa sizə deyilən "Heç kim çıxarılmayacaq sözünə inanmayın. Kartlar mütləq yenidən qarışdırılacaq. Kartınızı möhkəm tutun, şirkət üçün gördüyünüz işləri yaxşı izah edin.
  • Maaşlar gecikirsə təhlükə var demekdir. 
  • İş yoldaşlarınız işdən çıxarılırsa, sıranın sizə gəlməyəcəyini düşünmək kimi bir saflığa yol verməyin. CVnizi hazır tutun.
  • Artıq əhəmiyyətli iclaslara çağırılmırsınızsa, iş axtarmağa başlayın. 
  • İş yoldaşlarınızla yola gedə bilmirsinizsə, o zaman işinizdə təhlükədə deməkdir. Əgər vəziyyət belədirsə, şirkətin içində başqa şöbələrə keçməyə çalışın. Əks halda işinizi itorə bilərsiniz. 
  • Sizə əhəmiyyətsiz  ya da mənasız işlər verilməyə başlandısa, bu sizin qabiliyyətlərinizə dəyər verilmədiyini göstərər. Dərhal qabiliyyətlərinizi şirkətin əlaqəsinin mərkəz nöqtəsi halına gətirməyə çalışın. Kimsənin etmək istəmədiyi işlərə könüllü redaktor olun və şirkətdə yox olmaq istəmədiyinizi göstərin. 
  • Layihələrinizə diqqət edilmir və ya rəfə qoyulursa, bu sizin yaxında işdın çıxaılmağınızın böyük bir işarəsi ola bilər. Bu vəziyyətdə şirkət daxilində bacara biləcəyiniz layihələri tapın və şirkət üçün faydalı olduğunuzu göstərin. Şirkət sizin işiniz üçün birini axtarırsa və siz də bunu yeni çıxan iş elanlarında gördünüzsə, diqqətli olun. 
  • Şirkət personal sayını artırmaq istəyirsə problem yoxdur, amma elə deyilsə bu sizin yaxında işdən çıxaılacağınızı göstərir. Hətta işdən çıxarılmadan sizdən yeni işə götürülmüş işçini öyrətməyinizi də istəyə bilərlər, ona görə də vəziyyətinizi yaxşı nəzərdən keçirin. 

xanım.net

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et