İşdən qovulduqdan sonra uğur qazanmış 8 şəxs | Banco.az

İşdən qovulduqdan sonra uğur qazanmış 8 şəxs

İşdən qovulan bir şəxs heç də bacarıqsızlığından dolayı işdən qovulmur. Bəzən qovulmaq bəlkə də yeni işlərə və daha uğurlu inkişafa stimul verir.

Sizə işdən qovulandan sonra uğur qazanmış 8 məşhur adı təqdim edirik:

 

1. Steve Jobs

Apple-dan qovulandan sonra, Apple tərəfindən 1 il sonra satın alınacaq olan NeXT-i yaratdı. Daha sonra Pixar-ı yaratdı. Apple-dan qovulmasından 10 il sonra Apple-a geri qayıtdı və iPhone, iPad kimi əfsanəvi işlərə imza atdı.

2. Thomas Edison

Western Union-da işləyən Edison ofisdə gizlicə təcrübə keçirərkən tutuldu və işdən qovuldu. Sonrasında isə tarixə adı yazılan bir şəxsiyyət oldu.

3. Walt Disney

1919-cu ildə "Kansas City Star" adlı qəzetdə çalışan Walt Disney "xəyal gücü kifayət qədər çox deyil" bəhanəsi ilə işdən qovulmuşdur.

Sonrası bəllidir :)

4. Mark Cuban

Dünyanın ən varlı biznesmenlərindən olan Cuban 1980-ci ildə komputer mağazasında satış təmsilçisi olaraq çalışırdı və ordan qovulduqdan sonra, bir daha əsla heç kim üçün işləməməyə qərar verir.

Ən sərfəli kredit üçün müraciət et

5. J.K.Rowling

Beynəlxalq əfv təşkilatında katibə olaraq çalışan J.K.Rowling hər zaman yazışı olmağı istəyərmiş. Buradakı işindən çıxarıldıqdan sonra aldığı kompensasiyanı Hary Potteri yazana kimi istifadə etdi. Saatlara sadəcə qəhvə içərək dayanmadan yazdığı bu əsərin ona gətirəcəyi uğurdan xəbərsiz idi.

6. Albay Harland Sanders

KFC-nin qurucusu Albay Harland Sanders 65 yaşında ilk restoranını açana kimi əsəbi ucbatından dəfələrlə müxtəlif işlərdən qovulmuşdur.

7. Madonna

Dunkin'Donuts-da işləyən Madonna müştərinin üzərinə bilmədən jele fışqırtdıqdan sonra işdən qovulur.

Və sonrasını bilməyən yoxdur :)

8. Oprah Winfrey

Baltimore TV idarəçisi "aparıcılıq üçün uyğun deyil" deyərək Oprahı işdən qovur. Daha sonra Oprah 25 sezonluq televiziya şou ulduzuna çevrilir.

Ən sərfəli krediti almaq üçün müraciət et