İşçi heyətinin xərcləri ən yüksək olan banklar (renkinq) | Banco.az

İşçi heyətinin xərcləri ən yüksək olan banklar (renkinq)

Banco.az portalı bu dəfə sizə işçi heyəti ilə bağlı ödənilmiş xərclər üzrə bankların renkinqini təqdim edir.

Bütün rəqəmlər bankların audit olunmuş hesabatlarından götürülüb. AmrahBank və Beynəlxalq Bankda 2016-ci ilin sonuna olan audit hesabatları dərc olunmadığından renkinqdə onların 2016-ci illə bağlı göstəriciləri verilməyib.

İşçi xərclərinin həcminə görə ilk beşlikdə yer alan banklar Kapital Bank, Beynəlxalq Bank, AccessBank, Paşa Bank və Unibank olmuşdur. Təbii ki, əməkdaşların sayını bilmədən hansısa bankda əməkhaqqının daha yüksək olmasını iddia etmək olmaz.

Əksər banklar 2015-ci illə müqayisədə 2016-ci ildə əməkhaqqı və işçi heyəti ilə bağlı digər xərcləri azaldıb.  Məsələn Unibankda bu rəqəm 36%, AccessBank və Bank of Baku-da isə 23% olub.

İşçi heyəti ilə bağlı xərcləri ciddi artan banklar siyahısına isə Paşa Bank (62%), Azər Türk Bank (34%), Ziraat Bank Azərbaycan (49%) və Gunay Bankı (45%) qeyd etmək olar.  

İşçi heyəti üçün xərclər özündə - əməkhaqqları, bonus, mükafat və Sosial Müdafiə Fonduna edilmiş ödənişləri də əhatə edir.

Bankın adı

2016, Min AZN

2015, Min AZN

Artım/Azalma

Kapital Bank

60 573

55 793

9%

Beynəlxalq Bank

 

55 179

 

AccessBank

40 348

52 286

-23%

Paşa Bank

35 358

21 835

62%

Unibank

23 016

35 814

-36%

Bank of Baku

17 835

23 160

-23%

Xalq Bank

14 722

14 476

2%

Bank Respublika

13 995

16 588

-16%

Dəmirbank

13 665

18 189

-25%

Yapı Kredi Bank Azərbaycan

11 859

13 363

-11%

VTB Bank Azərbaycan

11 560

12 157

-5%

Expressbank

10 127

11 046

-8%

Amrahbank

 

10 722

 

AGBank

9 127

13 505

-32%

Azər Türk Bank

8 926

6 658

34%

Nikoil Bank

8 722

10 591

-18%

Rabitəbank

8 133

9 202

-12%

Atabank

7 363

7 883

-7%

AFB Bank

6 981

6 641

5%

Bank BTB

5 526

6 018

-8%

Turanbank

5 425

7 067

-23%

Bank Silk Way

3 482

3 177

10%

ASB Bank

3 287

3 624

-9%

Ziraat Bank

2 025

1 361

49%

NBC Bank

1 618

1 553

4%

Bank Avrasiya

1 463

1 276

15%

Bank Melli Iran Banku

918

896

2%

Gunay Bank

362

250

45%

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bankın 2016-ci ilin lk yarısında əməkhaqqı xərcləri  27 mln 651 min manat, 2015-ci ildə 55 mln 179 min manat və 2014-cü ildə 62 mln 33 min manat təşkil edib.

Amrahbankın 2014-cü ildə işçi heyəti ilə bağlı əməkhaqqı xərcləri 9 mln 722 min manat olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et