İş müsahibəsində 4C prinsipi | Banco.az

İş müsahibəsində 4C prinsipi

Banco.az saytında bir iş elanı və ya təcrübə proqramı gördün. Bu elanın sənə uyğun olduğunu düşündüyün üçün CV-ni göstərilmiş e-poçta yolladın. İki gün sonra sənə belə bir mesaj gəlir: Hörmətli namizəd, sizi ikinci mərhələ olan müsahibə mərhələsinə dəvət edirik.

İş müsahibəsinə adətən, suallara cavab vermək üçün gedirik. Şirkətin bizi tanıması, bacarıqlarımızı və gələcək planlarımızı görməsi, maaş gözləntimizi öyrənməsi üçün daha bir neçə suallara ard-arda cavab verərik. Müsahibənin sonunda isə, müsahibə götürən şəxs sual vermək öhdəliyini bizə təklif edər:

“Soruşmaq istədiyiniz başqa nəsə var?”

Əslində müsahibə götürən şəxs bu sualı, sizin fikirlərinizi öyrənmək üçün verir və sizdən sual gözləyir. Əgər siz “hər şeyi başa düşdüm, sualım yoxdur” deyə cavab verirsinizsə, demək ki, müsahibəniz heç də yaxşı keçməyib.  Belə bir  yerində deyilmiş deyim vardır,  “əgər sual vermirsinizsə, ya hər şeyi bilirsiniz, ya da heç nəyi başa düşməmisiniz.”   Buna görə də, müsahibə götürən insan resursları meneceri sual vermədiyiniz təqdirdə bu iki ehtimalı düşünər və təhlilini onların üzərində edər. İlk baxımdan siz şirkət haqqında hər şeyi bilə bilməzsiniz, ona görə də, birinci  ehtimal öz dəyərini itirmiş olar. Yerdə qalan ehtimal isə siz heç nə başa düşmədiyiniz halda sual verməməyiniz ehtimalıdır. Çünki, siz verdiyiniz bir sualla qarşınızdakı şəxsin bütün diqqətini sizə yönəldə bilərsiniz.

Müsahibə mərhələsində qarşılaşa biləcəyimiz 4C prinsipi vardır ki, bu prinsip bizim müsahibə sonunda verəcəyimiz suallarla sıx bağlıdır. 4C prinsipinin açılışı belədir:

  1. Connect -  Müsahibə götürən şəxsi daha yaxşı tanımaq
  2. Culture  - Şirkəti daha yaxşı tanımaq
  3. Challenges -  İşin məsuliyyətini daha yaxşı tanımaq
  4. Close – Müsahibə mərhələsinin davamını daha yaxşı tanımaq

Gəlin 4C prinsipini örnək suallarla daha da açaq.

    1.Öz işə qəbul olma hekayənizi mənlə paylaşa bilərsinizmi?

Ən sərfəli kredit üçün müraciət et

Yuxarıdakı sual  müsahibə götürən şəxsi daha yaxından tanımağınıza kömək edər. Eyni zamanda, onun işə qəbul zamanı hansı təcrübələrdən keçdiyini müəyyənləşdirə bilərsiniz. Çox vaxt verdiyiniz bu sual müsahibə götürən şəxlə sizin aranızdakı səmimi münasibəti qorumuş olar. Hətta müsahibə götürən menecer  hiss edər ki, siz həmin şirkətin əməkdaşları ilə maraqlanırsınız, yəni sizin bu şirkətdə çalışmağa olduqca böyük marağınız var.

    2.Bu şirkətdə işləməyin ən çox hansı tərəfi sizi xoşbəxt edir?

Şirkətdəki iş mədəniyyətini bir əməkdaşın dilindən eşitmək daha faydalıdır. Çünki, o, bu sistemin içindədir, nəyin yaxşı nəyin pis olduğuna dair məlumatı sizdən çoxdur. Düzü bəlkədə, qarşınızdakı menecer şirkət haqqında hər şeyi həqiqətdə olduğu kimi danışmayacaq, ola bilər söylədiyi bəzi cümlələrlə şirkətin imicini sizin gözünüzdə yüksəldə bilər. Lakin, onun cümlə içərisində işlətdiyi açar sözlər sizin qərarınıza köməklik edəcəkdir.

    3.İş zamanı qarşınıza hansı çətinliklər çıxıb?

Müraciət etdiyiniz vakansiyanın xususiyyətləri haqqında hər bir məlumatı detallıqla öyrənməyiniz məsləhətlidir. Çünki, bir çox şirkətlər işin təsvirində bəzi məlumatları sizdən gizlədə bilər, və ya onları daha da qabarıq şəkildə təsvir edə bilər. Ona görə də, qarşınızdakı müsahibə götürən şəxsin istənilən sahə üzrə çalışmasından asılı olmayaraq, hansı məsuliyyətlərinin olduğunu ətraflı öyrənə bilərsiniz, hansı ki, bu məlumatlar müsahibədən sonra sizin qərarlarınızda müsbət və ya mənfi təsiri olacaqdır.

   4.İşə qəbul mərhələsi haqqında ətraflı məlumat verə bilərsinizmi?

Belə bir sual verdikdə qarşınızdakı şəxsə iş üçün həvəsli olduğunuzu göstərə bilərsiniz.  Həm də müsahibədən bir müddət sonra “görəsən mənimlə niyə əlaqə qurmurlar?” kimi sualları da beyninizdən silmiş olacaqsınız.  İşə qəbul mərhələsi ilə bağlı məsuliyyətli şəxsin verdiyi  “X tarixinə qədər namizədlərlə görüşəcəyik, Y tarixində isə işə qəbul olmuş şəxslərlə əlaqə quracayıq”  cavabı sayəsində telefondan asılı vəziyyətdə qalmayacaqsınız.  Bu sualı eyni zamanda başqa üstünlükləri də var.  Əgər Y tarixində sizlə əlaqə qurulmazsa, şirkətin işə qəbul məsuliyyəti haqqında yenidən düşünməli olacaqsınız. Eyni zamanda, müsahibədən sonra davamlı şəkildə işə qəbul departamentinə zəng etmək əvəzinə, Y tarixində  şirkətlə əlaqə yaradaraq seçilib-seçilmədiyiniz haqqında  məlumat əldə etmək imkanınız olacaqdır. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et