İş həyatında sizə zərər verən 5 davranış | Banco.az

İş həyatında sizə zərər verən 5 davranış

Təcrübəsizlik və ya fərqində olmadığınız vərdişlər iş həyatında mənfi və peşəkarlıqdan uzaq bir davranışa səbəb ola bilər. Ona görə də bu səhvlərdən uzaq durmaq lazımdır.

  1. Birincisi, başqalarını narahat edən davranışlardan qaçmalısınız. Səsinizin nizamını yoxlamalı, yüksək tonla danışmamağa diqqət göstərməlisiniz. Heç kim işdə yüksək səs tonu ilə danışılmasından xoşlanmır. Həmkarlarınızın diqqətləri dağıldığı üçün bu səslər onları narahat edir.
  2. Gündəlik həyatda tez-tez kobud sözlərdən istifadə etsəniz belə iş həyatına bunu daxil etməyiniz tövsiyə edilmir. Tənqidlərə çox açıq olan iş yerində istifadə etdiyiniz sözlər, kobud görünmənizə səbəb olacaq.
  3. Vaxtınızı düzgün bölüşdürməklə bağlı probleminiz varsa, onu dəyişdirmək üçün hərəkətə keçməlisiniz. Vaxtı yaxşı idarə etmək, söz verilən zamanda hazır olmaq, işlərin vaxtında çatdırılması, layihələri təxirə salmamaq və son günə saxlamamaq əsas prinsipləriniz arasında olmalıdır. Yazışmalarınızda səhv etməməyə diqqət göstərməlisiniz. Mesajlarınız, e-poçt və yazılarınız qaydalara uyğun bir dildə hazırlanmalıdır. Niyyətdən kənara çıxmayan, dəqiq, sadə və aydın ifadələrdən istifadə etməlisiniz.
  4. "Hər şeyin ən yaxşısını mən bilirəm" kimi bir iddianız varsa, iş həyatında bu təkəbbürlü insan kimi qəbul olunmağınıza səbəb olacaq.
  5. Şəxsi həyatda olduğu kimi, iş həyatında da sirr saxlamaq vacib xüsusiyyətlərdən biridir. Unutmayın ki, dürüst və etibarlı olmaq, həyatın bütün sahələrində ən çox axtarılan xüsusiyyətlərdəndir. 

Pərvanə Aslanova, Banco.az 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et