İş həyatında bədən dili necə istifadə olunmalıdır? | Banco.az

İş həyatında bədən dili necə istifadə olunmalıdır?

Texnologiya çağında yaşayırıq. Gedərək daha çox e-rabitə qurarkən, üz-üzə ünsiyyət və bədən dilini istifadə etmə mövzusunda qabiliyyətlərimiz zəifləyir. Halbuki, bədən dili hələ də çox vacibdir. Bədən dili bir vasitədir. İş həyatında bədən dilindən necə istifadə edilməlidir?

Bədən:

1. Dik durmaq və çiyinlərini rahat buraxmaq.

2. Kimlə danışırsınızsa, bədəninizi onun olduğu tərəfə çevirin. "Maraqlanıram" demiş olarsınız.

3. Qulaq asdığınızın başa düşülməsi üçün yüngül önə doğru əyilmiş durmaq lazımdır.

Qollar və əllər:

1. Tanış olma mərhələsi zamanı qarşınızdakının əlini sıxın.

2. Qolları yan tərəfdə saxlayın, rahat və qapalı.

3. Söhbət edərkən əllərinizdən istifadə edin.

Qeyd: Müxtəlif mədəniyyətlərdən gələn insanlarla görüşmədən əvvəl onların mədəniyyətlərini öyrənməyi unutmayın!

Ən sərfəli kredit üçün müraciət et

Baş:

1. Qarşındakını dinlərkən başınızı "dediklərinizi təsdiqləyirəm" mənasında silkələyin və gülümsəyin.

2. Danışarkən qarşı tərəfin gözlərinə baxın. Aqressiv ya da sorğulayıcı şəkildə deyil, "səni dinləyirəm" demək üçün.

3. Tez-tez göz qırpmayın. Bu "söhbətdən narahatam" mənasına gəlir.

4. Səsinizi aşağı tonda tutun. Dərin nəfəs alın və yavaş-yavaş danışın.

İşgüzar görüşlər üçün əhəmiyyətli məsləhətlər:

1. Bir iclasda olarkən qeydlər aparın, amma göz təmasını itirməyin.

2. Qarşınızdakı şəxsi izləyin. Əgər iclası bitirmək istəyirsə, ona görə davranın.

3. İclası yenə möhkəm bir əl sıxışması və göz təması ilə bitirin.

Hər birimiz ünsiyyət qurarkən bədən dilindən istifadə edirik. Araşdırmalar ünsiyyətdə 50-70% bədən dilinə diqqət edildiyini göstərir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç