İraq və Küveyt neftin qiymətini aşağı salır | Banco.az

İraq və Küveyt neftin qiymətini aşağı salır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aparıcı istehsalçılarından olan İraq və Küveyt aprel ayından etibarən neftin qiymətlərini azaldacaqlar.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, İraq “Basrah Light” markalı neftin aprel fyuçerslərinin bir barelinin qiyməti qiymətini 5 ABŞ dolları endirəcək. Küveyt isə neftin bir barrelini Asiyaya 6 ABŞ dolları aşağı qiymətə satmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti “Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 ABŞ dolları ucuz təklif edib.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, Amerikadan olan alıcılar üçün növbəti aydan bütün növ neftin qiyməti 7% azalacaq. Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün 1 barel neftin qiymətində 6-8%, Asiya ölkələrində 4-6% endirim olacaq.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et