İran gündəlik neft hasilatını 3,4 milyon barelə çatdıracaq | Banco.az

İran gündəlik neft hasilatını 3,4 milyon barelə çatdıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İran gündəlik neft hasilatını 3,4 milyon barelə çatdıracaq.

Banco.az xəbər verir ki, İranın Neft Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji Xəbər Agentliyinin (SHANA) verdiyi məlumata görə, neft nazirinin müavini Möhsin Hocestemehr paytaxt Tehranda keçirilən iclasda çıxış edərək ölkəsinin Neft İxrac Edən Ölkələr Təşkilatındakı (OPEC) hasilat payının sanksiyalardan əvvəlki vəziyyətinə qayıtdığını bildirib.

Cari hökumət dövründə neft hasilatını 2,2 milyon bareldən 3,3 milyon barelə artırdıqlarını dilə gətirən Hocestemehr, “10 gün ərzində neft hasilatımız 100 min barel artaraq 3,4 milyon barelə çatacaq”, deyə əlavə edib.

İran rəsmisi 8 il ərzində ölkəsinin neft hasilatını 5,7 milyon barelə çatdırmağı planlaşdırdıqlarını da qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2018-ci ilin mayında ABŞ-ın sanksiyaları bərpa etməsindən sonrakı dövrdə İran neft satmaqda çətinlik çəkdiyi üçün o zaman hasilatı sutkada 2 milyon barelə qədər azaltmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et