İqtisadiyyat nazirinin müavini: Süni intellekt bazarı hər il 37%-dən çox böyüyür | Banco.az

İqtisadiyyat nazirinin müavini: Süni intellekt bazarı hər il 37%-dən çox böyüyür

Süni intellekt bazarı 2022-ci ildə 136 milyard dollar dəyərində qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu bazarın illik 37,3% nisbətində böyüyəcəyi gözlənilir.

Bunu "Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar" adlı tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, Dünya İqtisadi Forumu tərəfindən süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsi tövsiyə olunan təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər.

"Süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər", - Sahib Ələkbərov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Apa 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et