İpoteka krediti verən banklar - TAM SİYAHI | Banco.az

İpoteka krediti verən banklar - TAM SİYAHI

Bildiyimiz kimi, hazırki zamanda mənzil almaq hamı üçün problemli məsələyə çevrilib. Mənzil bazarında olan qiymətlər orta səviyyədə əmək haqqı alan şəxslər üçün də əlçatan deyil. Lakin, bir çox şəxslərin, xüsusilə də yeni ailə quranların yeni mənzilə ehtiyacı var. Bu zaman isə ipoteka kreditləri insanların köməyinə çatır. Xüsusən də, dövlət xətti ilə verilən ipoteka kreditləri menzil almaq üçün daha sərfəlidir. 

İpoteka Fondundan aldığımız məlumata görə hal-hazırda güzəştli ipoteka kreditlərinin verilməsi dayandırılıb. Lakin adi (standard) ipoteka kreditlərinin verilməsi davam edir. 

Hansı banklardan ipoteka krediti əldə etmək olar, bilmək istəyirsinizsə aşağıdakı cədvəldən tanış ola bilərsiniz. TAM SİYAHI belədir:

Bank

İlkin Faiz dərəcəsi

(ilkin ödəniş)

İllik faiz dərəcəsi

Müddət

(il)

Məbləğ

(manat)

Xalq Bank

30%

8%

25

150 000

Turanbank

30%

7%

25

150 000

Paşa Bank

30%

8%

30

100 000

Muğanbank1

20%

7%

25

150 000

Kapital Bank

30%

8%

3 - 25

100 000

AG Bank

30%

8%

25

100 000

Unibank

20%

8%

25

150 000

Rabitəbank2

30%

7-8%

25

150 000

Bank BTB

20%

8%

25

150 000

Beynəlxalq Bank

20%

7%

25

150 000

NBC Bank

15%

7%

25

150000

Bank Avrasiya

20%

6,5%

25

150 000

Yapı Kredi Bank

30%

8%

25

150 000

AFB Bank

30%

8%

25

100 000

Bank Silk Way

25%

8%

25

100 000

Bank Respublika

25%

8%

3-30

5 000 – 150 000

Azər Türk Bank

25%

8%

25

15 0000

Expressbank

20%

7%

3-30

150 000

Nikoil Bank3

15%

7-8%

25

150 000

VTB Bank

20%

7%

25

150 000

Ən sərfəli kredit üçün müraciət et

  1. Qeyd edək ki, Muğanbank yalnız "Kristal Abşeron"a məxsus mənzil əldə edən şəxslərə ipoteka krediti ayırır.
  2. Əgər siz, əmək haqqınızı Rabitəbank-ın əmək haqqı kartları vasitəsi ilə alırsınızsa və ya sizin çalışdığınız müəssisə Rabitəbank-ın xüsusi siyahısına daxildirsə, o zaman Rabitəbank-dan 7% illik faiz dərəcəsi ilə ipoteka krediti götürə bilərsiniz.
  3. Əgər Nikoil Bank-dan ipoteka götürərkən məbləğin 20%-i həcmində ilkin ödəniş edirsinizsə, ipoteka kreditiniz illik 7% dərəcəsi ilə, məbləğin 15%-i həcmində ilkin ödəniş edirsinizsə illik 8% faiz dərəcəsi ilə rəsmiləşdirilir. 

İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən az olmamalıdır. 

Ən sərfəli krediti almaq üçün müraciət et