İPhone satışlarının gözləniləndən aşağı olduğu iddia edildi | Banco.az

İPhone satışlarının gözləniləndən aşağı olduğu iddia edildi

Son dövrdə bir çox ölkədə iPhone satışlarında problem yaşayan Apple bu ayın sonunda 2019-cu ilin ikinci rübünün maliyyə baxımdan necə keçdiyini paylaşmağa hazırlaşır. Rəsmi şərhdən əvvəl gələn təxminlər isə iPhone satışlarının şirkətin öngördüyündən daha da aşağıda ola biləcəyini göstərir.

Apple'ın ikinci rüb analizini paylaşmadan əvvəl proqnozlarını paylaşan bazar analitikləri, Apple'ın cihaz satışlarında gözlənilən səviyyəyə çatmadığını təxmin edirlər. Araşdırma şirkəti OTR GLOBAL'ın yayımladığı investor notuna görə Apple, 2019-cu ilin ikinci rübündə 37 milyon ilə 42 milyon arasında iPhone satışı reallaşdırdı.

Wall Street analitiklərinin daha əvvəlki analizlərində gözlənilən rəqəmin 40 milyon ilə 45 milyon arasında olduğu düşünüldüyündə OTR tərəfindən elan edilən satış rəqəmləri bəzi sərmayəçiləri məyus edə bilər. Asiyada 18 tədarük zənciri ilə aparılan danışıqlar sonrası əldə edilən məlumatlara görə enişdə ən çox XR və XS modellərinin payı var.

Ən sərfəli kredit üçün müraciət et

Apple artıq iPhone satışlarını paylaşmadığından bu rəqəmləri faktiki rəqəmlərlə müqayisə etmək demək olar ki, mümkün deyil. 30 apreldə ediləcək rəsmi şərhlərlə birlikdə ortaya çıxacaq cədvəl, şirkətin yeni iPhone'larda izləyəcəyi satış strategiyasına da təsir edə bilər.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et