iPhone 5C istehsalı dayandırılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

iPhone 5C istehsalı dayandırılacaq

Apple-nin 2013-cü ildə təqdim etdiyi  iPhone 5C-nin istehsalını dayandırmağa hazırlaşdığı iddia edilir.

Apple-nin keçən il iPhone 5S ilə birgə çıxardığı iPhone 5C-nin ömrü daha qısa ola bilər. İddialara görə, bir müddət əvvəl şirkətin CEO-su Tim Cookun satış ümidlərini qarşılamadığını açıqladığı iPhone 5C-nin istehsalı dayandırılacaq və Apple bu modelin yeni versiyalarını bir daha istehsal etməyəcək.

Şirkətə yaxın olan mənbələrdən əldə edilən məlumatlara görə, mərkəzi ABŞ olan texnologiya nəhəngi Apple, 2015-ci ilin ortalarında bu məhsulun istehsalını dayandıracaq.

TouchID sensorunu yeni modelləri iPhone 6 və iPhone 6 Plus ilə istifadəyə verən Apple, bu yeni xüsusiyyəti iPhone 5S-də də istifadə edir. Buna baxmayaraq iPhone 5C-də bu xüsusiyyətin hələ olmaması şirkətin bu modeli çoxdan nəzərdən qaçırdığı iddialarının tez-tez dilə gətirilməsinə səbəb olur.