"iPhone 15" seriyası təqdim edildi - QİYMƏTLƏR | Banco.az

"iPhone 15" seriyası təqdim edildi - QİYMƏTLƏR

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” şirkəti “iPhone 15” smartfon seriyasını və “Watch” ailəsinin yeni məhsullarını təqdim edib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti “Wonderlust” tədbirində böyük maraqla gözlənilən “iPhone 15” seriyasını və “Apple Watch” ailəsinin yeni məhsullarını ictimaiyyətə təqdim edib.

“iPhone 15” seriyasına “iPhone 15”, “iPhone 15 Plus”, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” modelləri daxildir.

Şirkət həmçinin “iPhone 15” modelləri üçün yeni rəng seçimlərini də açıqlayıb. Bununla yanaşı, “iPhone 15” modellərinin dizaynında çərtikdən tamamilə imtina edilib. Bundan sonra “iPhone 15” də daxil olmaqla bütün modellərdə artıq "Dynamic Island" çıxıntısı olacaq.

İndi isə gəlin yeni modellərin satış qiymətləri ilə tanış olaq. Belə ki, 22 sentyabrdan etibarən satışa çıxarılacaq “iPhone 15” və “iPhone 15 Plus” modellərinin qiyməti, müvafiq olaraq, 799 dollar və 899 dollardan başlayacaq.

“iPhone 15 Pro” modelləri də 22 sentyabr tarixində satışa çıxacaqlar ki, onların da qiyməti ardıcıllıqla 999 dollar və 1199 dollardan start götürəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Apple” şirkəti eyni zamanda tədbirdə 60 faiz daha sürətli S9 çipi və 30 faiz daha sürətli GPU ilə dəstəklənən yeni “Apple Watch Series 9” saatlarını da təqdim edib. Onların qiyməti isə 399 dollardan başlayır.

Apple’s forthcoming watches boast better performance, a new ultra wideband chip, and other minor improvements.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et