İnvest-AZ bütün rəqiblərini geridə qoydu | Banco.az

İnvest-AZ bütün rəqiblərini geridə qoydu

Banco.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, noyabr ayında məhz İnvest-Az (259 mln manat) brokerlərin renkinqinə başçılıq edir. Nəzərinizə çatdıraq ki, ötən ay Paşa Kapital 67 mln manatlıq əməliyyatla birinci yerin sahibi idi.

PSG-Broker noyabr ayında 222.8 mln manatlıq əqd bağlayaraq ikinci yerdə qərarlaşmışdır. Renkinqin üçüncüsü isə 92.7 mln manatla Texnika Kapital Menecment MMC olmuşdur.

Xidmətlərin həcminə görə brokerlərin reytinqi (noyabr, 2014)

N Brokerlər Əməliyyatların həcmi (AZN)
1 (-) İnvest-AZ 259 378 362.00
2 (-) PSG-Broker 222 821 935.00
3 (8) Texnika Kapital Menecment 92 737 463.93
4 (1) Paşa Kapital 84 366 447.00
5 (2) Unicapital 34 910 119.68
6 (5) Çelsi Kapital  32 250 357.27
7 (7) BoB Broker 24 992 351.94
8 (4) ADB-Broker 2 130 586.00
9 (9) Xalq Kapital 239.20

Bununla yanaşı, 2014-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar bazarında 7.9 mlrd manatlıq əməliyyat aparılmışdır ki, onun 4.1 mlrd manatı dövlət, 3.8 mlrd manatı isə korporativ qiymətli kağızlar bazarında baş vermişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli kağızlar bazarında həyata keçirilən əməliyyatların 44%-i repo əməliyyatları təşkil edir.

 

Ötən ay üzrə brokerlərin renkinqi ilə "Paşa Kapital" "PSG Broker"i liderlikdən saldı  məqaləsində tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et