İnternetsiz bir kənddə doğulan gənc qız indi mars gəmisi üzərində işləyir | Banco.az

İnternetsiz bir kənddə doğulan gənc qız indi mars gəmisi üzərində işləyir

İmkansızlıq içərisində mümkün olmayanı bacaran Elif Eda, internet bağlantısı olmayan bir yerdə dünya gözlərini açıb. İndi 17 yaşı var və “Ancha Space” üçün Marsa kosmik gəmi hazırlayır.

Türkiyənin Yozgat bölgəsinin Çayıralan rayonuna bağlı Curali kəndində dünyaya gələn Elif, internet bağlantısı olmayan bir yerdə öz imkanları ilə kodlaşdırmanı öyrənib.

İndi isə hələ 17 yaşında olmasına baxmayaraq, dünyada müxtəlif firmalar tərəfindən dəstəklənən kosmik texnologiyaların inkişafı üçün Türkiyə yaradılmış “Ancha Space” təşkilatı üçün proqramlaşdırma bacarıqlarından istifadə edir.

Həmçinin oxu: Ayda 140 DOLLARA dünyanı gəzən səyyah

Ən sərfəli kredit üçün müraciət et

“Yozgatın internet bağlantısı olmayan kiçik bir kəndində dünyaya gəlmişəm və proqramlaşdırma həyatım elə oradaca başlayıb. İnternet olmadığı və bu işi də öyrənmək istədiyim üçün dəftər və qələmimlə birlikdə kodlaşdırmağa başladım. Daha sonra kompüterimə qovuşdum və internet bağlantısı imkanı əldə etdim və hazırda bu sahədə özümü inkişaf etdirməyə davam edirəm.”

Elifin daxil olduğu komanda eyni zamanda Marsa kosmik gəmi hazırlayan ən gənc komandadır.

“Dünyada ilk dəfə ən gənc komanda olaraq Avropanın ən böyük kosmik yarışmalarından biri “Rover” – ə qatılmağa haqq qazandıq. Marsdakı gizli buzlaşmalar üçün bir layihə hazırlamışam. Gizli buzlaşmalarla qarşılaşdığı anda kosmik gəmi nəzarəti itirdiyi zaman süni intellektin işə düşərək nəzarəti ələ alması üzərində işləyirəm. Bununla yanaşı səhiyyə sahəsində və digər sahələrdə də layihələr həyata keçirməyə çalışıram.”

Tamara Mustafayeva, Banco.az