“Instagram” "Hekayə"lərin profildə qalma müddətini 7 günə qədər artıracaq | Banco.az

“Instagram” "Hekayə"lərin profildə qalma müddətini 7 günə qədər artıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram”a 7 günlük hekayə funksiyası əlavə olunacaq.

Banco.az xəbər verir ki, populyar sosial media platformalarından olan “Instagram” yeni funksiya üzərində işləyir.

Belə ki, “My week”, yəni "Mənim həftəm" mənasını verən yeniləmə ilə hekayələr artıq 7 gün ərzində istifadəçinin profilində qalacaq.

Bu funksiya ilə məzmun istehsalçıları öz mini seriyalarını yarada biləcəklər. Bundan əlavə, klassik hekayə funksiyasına əlavə olaraq, "Mənim Həftəm"də hekayələr arasında əlavələr və silinmələr edilə bilər.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt istifadəçilər üçün əlçatan olacağı isə məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et