İngilis dilini təkmilləşdirmək istəyənlər üçün 5 internet kanalı | Banco.az

İngilis dilini təkmilləşdirmək istəyənlər üçün 5 internet kanalı

Günümüzdə ingilis dilini öyrənməyin yolları çox müxtəlif və əyləncəlidir. Artıq təkcə bir kliklə ana dili İngilis dili olan insanlarla danışa bilir və ya müxtəlif tətbiqlər vasitəsilə oyun oynayırmış kimi ingilis dili səviyyəmizi təkmilləşdirə bilirik. Bu gün bunlara bənzər daha bir çox effektiv üsulla İngilis dilinizi inkişaf etdirməyiniz mümkündür.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Əgər siz də harada olursa olsun, qulaqlığı taxıb musiqi dinləməyi sevir və İngilis dilini də bu üsulla təkmilləşdirmək istəyirsinizsə, sizə çox effektiv bir tövsiyəmiz var. Aşağıda adları qeyd edilən audio internet kanallarını dinləməklə qısa vaxt ərzində çox effektiv nəticə əldə edə bilərsiniz:

1. Voice of America (VOA)

Voice of America ingilis dili biliyi başlanğıc səviyyədə olanlar üçün ideal bir kanaldır. Mövzu müxtəlifliyi ilə də seçilir. Tarix, incəsənət, cari xəbərlər, salamlıq, film kimi bir çox mövzuda yayımlarla yanaşı, dil bilgisi və söz ehtiyatını artırmaqla bağlı yayımlar da mövcuddur.

2. 6 Minute English

BBC kanalının hazırladığı 6 Minute English audio kanalı daha çox orta səviyyədə ingilis dili biliyinə malik insanlar üçün nəzərdə tutulub. 6 dəqiqəlik yayımlardan ibarət olan bu kanalda gündəlik həyatla bağlı mövzular ətrafında danışan iki əyləncəli insan sizi müşayiət edir.

3. Luke’s English Podcast

2009 – cu ildən bəri aktiv şəkildə internet vasitəsilə yayımlar edən ingilis dili müəllimi və komediyaçı Luke – u bu sektorun ilk nümayəndələrindən adlandırmaq yerinə düşər. Səlis və aydın ingilis dili tələffüzü ilə hər yayımda sizə yeni şeylər öyrətməyə çalışan Luke – in 5 mükafata layiq görülmüş kanalı dil biliyi istənilən səviyyədən olan insanlar üçün bir xəzinə dəyərindədir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 7 marketinq bloqu

4. TED Talks Daily Podcast

Əgər TED çıxışlarına qulaq asmağı sevirsinizsə, bu kanal məhz sizin üçün nəzərdə tutulmuşdur. 10-20 dəqiqəlik yayımlar vasitəsilə həm müxtəlif mövzularda məlumatlar öyrənib maariflənəcək, həm də ingilis dilini təkmilləşdirəcəksiniz.

5. Hüseyn Demirtaş ilə ingiliz dili saatı ve ingilizcə söhbət

İngilis dili saatı zamanı  Hüseyn Demirtaşı bir dostu müşayiət edir və sosial media, süni intellekt, vaxt idarəetməsi kimi mövzularda spontan danışıqlar həyata keçirirlər. İngiliscə söhbət vaxtlarında isə effektiv və məhsuldar ingiliscə öyrənməyin yolları və ingilis dili öyrənərkən yol verilən səhvlərdən bəhs edilir.

Həmçinin oxu: İş adamlarının mütləq izləməli olduğu 5 serial

Tamara Mustafayeva, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et