İngilis bankçılıq nəhəngi bitkoinin 200 min dollara qədər bahalaşacağını düşünür | Banco.az

İngilis bankçılıq nəhəngi bitkoinin 200 min dollara qədər bahalaşacağını düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın bankçılıq nəhəngi “Standard Chartered” bitkoinin 2025-ci ilədək 200 min dollara qədər bahalaşacağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, İngiltərənin aparıcı banklarından olan “Standard Chartered” bitkoin üçün yeni proqnozunu açıqlayıb.

Bank spot bitkoin ETF-lərinin təsdiqlənəcəyi təqdirdə bitkoinin 2025-ci ilə qədər 200 min dollara yüksələcəyini düşünür.

Qeyd edək ki, bankçılıq nəhəngi sözügedən proqnozu spot bitkoin ETF-lərinin 50-100 milyard dollar məbləğində vəsait cəlb edə biləcəyi gözləntisinə əsaslanaraq verdiyini bildirib.

Bankın analitikləri ETF təsdiqlənməsinin bu kriptovalyutada iştirakın normallaşdırılmasında dönüş nöqtəsi olacağını dilə gətiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq k, “Standard Chartered” əvvəlki qiymətləndirməsində bitkoin üçün 100 min dollar proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et