İnformasiya Texnologiyaları sahəsi üzrə təcrübə proqramı | Banco.az

İnformasiya Texnologiyaları sahəsi üzrə təcrübə proqramı

Əgər siz bank sektorunda gələcəyin ən yaxşı İnformasiya Texnologiyaları mütəxəssisi olmaq istəyirsinizsə, Unibank sizin üçün əla fürsət yaradır. İnformasiya Texnologiyaları sahəsi üzrə biliyi olanlar və həmçinin ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri Unibankın İnformasiya Texnologiyaları sahəsi üzrə təcrübə proqramına qatılaraq, həm biliklərini artıra, həm də iş təcrübəsi qazana bilərlər.

Təcrübə proqramı 01 iyul 2016-cı il tarixdən başlayır və 01 sentyabradək davam edəcək

Namizədə tələblər:

- PL/SQL və Java proqramları üzrə biliklər

- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

Ən sərfəli kredit üçün müraciət et

- Operativlik

- Məsuliyyətlilik

Təcrübə proqramında iştirak edən təcrübəçilərə bank tərəfindən ödəniş ediləcək.

Proqram çərçivəsində öz işgüzarlığı, yüksək öyrənmə qabiliyyəti ilə seçilən iştirakçılar bankda daimi işlə təmin oluna bilərlər.

Proqrama qatılmaq istəyənlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Proqram iştirakçıları müsabiqə yolu ilə seçiləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et