İnanılmaz faktlar- havanı pulla satan ölkələr nə qədər qazanır? | Banco.az

İnanılmaz faktlar- havanı pulla satan ölkələr nə qədər qazanır?

Bu şirkətlər havadan pul qazanır

Dünyada hər 10 adamdan 9-u çirklənmiş hava ilə nəfəs alır. Çirkli havadan hər il 7 milyon insan həyatını itirir. Çirkli havadan əsas da şərq ölkələrinin vətəndaşları əziyyət çəkir.  Elə bu səbəbdəndir ki, artıq bu ölkələrdə hava satan biznesmenlər peydə olub. Çin və Hindistanda insanlar sudan çox, təmiz hava almaq üçün pul xərcləyirlər.

Bir balon hava üçün 40 dollar

Hava satanlar üçün ən sərfəli bazar Çin bazarıdır. Burada insanlar maskalarla gəzsələr belə yenə çirkli havadan xilas ola bilmirlər. 2008-ci ildə Pekin olimpiyadasında Çin hökuməti çirkli havanı şəhərin səmasından qovub çıxartmaq istəyi də baş tutmadı.  Gün ərzində havanı 17 milyon avtomobil və müxtəlif böyük zavodlar çirkləndirir. Üstəlik bu çirkli havanı bir az da ağırlaşdıran havanın rütubətli olmasıdır. Çində havanın çirkliliyi 20 dəfədən çoxdur. Çirkli hava qan-damar sistemini və ağciyərləri tamamilə sıradan çıxarır.

2016-cı ildə Çində Kanada startapı VitalityAir işə başlayır. Bu startapa Kanada dağlarından hava balonlarının gətirilməsi daxildir. 80 udumluq hava 13, 150 udumluq hava isə 23 dollara satılır. Çində bir şüşə qazlı su təmiz havadan 50 dəfə ucuz satılır. Qeyd edək ki, Çində orta aylıq əmək haqqı 450-500 dollardı.

VitalityAir şirkətinin ilk hava balonlarının 500 ədədi elə yerindəcə satılıb. 5000 ədəd balon isə gətirilmədən öncə satılıb. Hava biznesindən yerli insanlarda qazanır. Çzyansu əyalətində bir restoran sahibi , restoranında təmiz hava satdığı üçün müştərilərdən əlavə pul alır. Hazırda Kanada şirkətləri Çində gün ərzində 20 min ədəd  təmiz hava balonu satırlar.

Ən sərfəli kredit üçün müraciət et

Perspektiv bazarlar

Çinlə yanaşı Hindistanın Dehli şəhərində də insanlar Kanada şirkətindən təmiz hava almağa başlayıblar. Dehlidə havanın çirkliliyi normadan 40 dəfə çoxdur. Şəhər əhalisi Dehlini “qaz kamerası “ adlandırırlar. Dehlidə hava litrlə satılır. 2 litr- 20 dollara , 8 litr isə 40 dollara satılır.

Hava fermerliyi

Kanadalıların ardınca İsveçrəli və Avstraliyalı  biznesmenlər də Cənubi Şərqi Asiya ölkələrində hava satışına başlayıblar. Avstraliyanın Green & Clean şirkəti  dağ havasını hər birində 7.5 litr olan 4 balonu 35.20 dollara satır.  Böyük Britaniyanın Aеthaer şirkəti isə fikrini VİP müştərilərə cəmləyib . Şirkət 580 millilitr havanı 140 dollara satır. Bəzi  şirkətlər təmiz havadan gələn gəlirin bir hissəsini kasıb insanlar üçün xüsusi maska istehsalına sərf edərək bu sahədən də pul qazanır.

Xeyiri var?

Əcnəbi şirkətlərin satdığı bu təmiz havadan nə qədər nəfəs almaq lazımdır və ya bu havanın insanlara nə qədər xeyiri var , hələki bu məlum deyil. Şirkətlər isə hər gün yeni marketing planı üzərində çalışırlar.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et