İlon Maskın həyatı ekranlaşdırılacaq | Banco.az

İlon Maskın həyatı ekranlaşdırılacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oskar laureatı rejissor Aleks Gibni İlon Maskın dünyaya təsirindən bəhs edən sənədli film hazırlayır.

Banco.az xəbər verir ki, dünyanın ən tanınmış şəxslərindən olan, “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin sahibi İlon Maskın həyatı böyük ekranlarda tamaşaçı ilə görüşəcək.

Aleks Gibni imzası daşıyacaq sənədli filmdə süni intellektdən kriptovalyuta sektoruna qədər bir çox mövzuda gündəmə çevrilən açıqlamalar verən İlon Maskın dünyaya təsirindən bəhs ediləcək.

Hazırda hazırlıq mərhələsində olan sənədli filmin istehsalı “Jigsaw Productions”, “Closer Media”, “Anonymous Content” və “Double Agent” şirkətlərinə həvalə olunacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Mövzu ilə bağlı bir “Twitter” istifadəçisinin paylaşımına cavab olaarq “Bu, xitə çevriləcək” ifadələrini işlədən İlon Maskın da bu xəbəri müsbət qarşıladığı bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et