İlon Mask Model Y elektromobilini təqdim edib | Banco.az

İlon Mask Model Y elektromobilini təqdim edib

Tesla yeni Model Y elektromobilini təqdimat mərasimi zamanı nümayiş etdirib. Qeyd edək ki, elektromobili sayt vasitəsi ilə artıq sifariş etmək belə mümkündür.

Elektro avtomobil 7 sərnişin tutumuna malik olub, bir enerji ehtiyatı ilə 482 km yol qət edə bilir.  Model Y, 3,5 saniyə ərzində  96,5 km/saat-a qədər sürətini artıra bilir. Eyni zamanda elektromobilin ən bahalı Performance komplektasiyasında maksimum sürəti 241 km/saat təşkil edir. Model Y, istehsalatının xərclərini azaltmaq məqsədi ilə Model 3 elektromobilinin istifadə etdiyi platformanın bir hissəsi mənimsənilib.

Həmçinin oxu: İlon Mask ayda 180 min dollar ipoteka ödəyir

2020-ci ilin payızında Model Y elektromobili 47 min dollara daha güclü növləri isə 60 min dollara satışa çıxarılacaq. 2021-ci ildə isə Model Y elektromobili bir enerji yığımı ilə 370 km məsafəni qət edə biləcək daha münasib versiyası istehsal ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

İlon Mask təqdimat zamanı bu avtomobilin SUV funksionalına malik olub, sportcar kimi sürətli olduğunu vurğulayıb.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Tesla показала новый электромобиль Model Y стоимостью от $39 тысяч

Ən sərfəli krediti almaq üçün müraciət et