İki ilə məcmu kapitalı 2 dəfə artdı | Banco.az

İki ilə məcmu kapitalı 2 dəfə artdı

ASB Bank`ın aktivləri bir il ərzində 20%-dən çox artaraq 407.7 mln manat təşkil etmişdir. Aktivlərin 40%-i təşkil edən kreditlərdə (162 mln manat) isə 34%-lik artım baş vermişdir.

Bankın əsas maliyyələşmə mənbələrinə müştərilərdən və maliyyə institutlarından cəlb edilmiş depozitlər, banklardan cəlb edilmiş kreditlər və nizamnamə kapitalı daxildir. Belə ki, yanvar-sentyabr ayları üzrə depozitlərin ümumi həcmi 210 mln manata bərabər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.

Bankın məcmu kapitalında da artım müşahidə edilmişdir. Belə ki, iki il ərzində bankın məcmu kapitalı 2 dəfə artaraq 66.5 mln manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sənaye Bankı`nın faiz gəlirləri 15.7 mln manat, qeyri-faiz gəlirləri isə 5 mln manat təşkil etmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə uyğun olaraq 43% və 65% çoxdur. Bununla yanaşı, bankın faiz xərcləri 20% artaraq 5.2 mln manat təşkil etsə də, qeyri-faiz xərcləri 5% azalaraq 6.3 mln manat təşkil etmişdir.

Ötən müddət ərzində Bankın faiz və qeyri-faiz gəlirlərində kəskin artım müşahidə edilmiş, qeyri-faiz xərclərinin miqdarı isə aşağı düşmüşdür. Buna baxmayaraq, bankın xalis mənfəətində azalma qeydə alınıb. Belə ki, Bankın vergidən öncəki mənfəəti ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8% daha az olub. Bunun əsas səbəbi isə Mərkəzi Bankın tətbiq etdiyi yeni qaydalarına əsasən Bank tərəfindən ehtiyatların həcminin artırılmasıdır. ASB Bank cari ilin 9 ayı ərzində aktivlər üzrə baş verə biləcək zərərlərin ödənilməsi üçün 12.3 mln manat ehtiyat ayırmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et