IKEA İngiltərəyə “şapka çıxartdı” | Banco.az

IKEA İngiltərəyə “şapka çıxartdı”

İsveçin dünyaca məşhur mebel firması olan "IKEA" İtaliyanın turnirə qatıla bilməməsinin dəqiqləşməsindən sonra vəzifəsinə son verilən baş məşqçisi haqqında Gian Pierronun kreslosunu bizə görə itirməsindən ötrü təəssüf edirik, lakin ona yeni kreslosunu da biz hədiyyə edirik” deyərək 89 Avro dəyərində olan “Applarö” növündən olan kreslo ilə bağlı sosial şəbəkələrdə post paylaşdı.

Bu dəfə isə İsveç İngiltərəyə qarşı məğub olmasına baxmayaraq IKEA, öz vərdişindən əl çəkməyərək İngiltərəni yaradıcı formada təbrik etdi. İngiltərə milli futbol komandası İsveç komandasını məğlub etdikdən sonra futbol azarkeşləri Stratford şəhərindəki “IKEA” mağazasına daxil olaraq yataqların üstündə tullanmağa başladılar. Bu zəfəri qeyd edən bir qrup azarkeşin mağazasını alt-üst etməsinə baxmayaraq, “IKEA” İngiltərə komandasını dəstəkləyərək qalibiyyəti təbrik edən yazılı bir reklam kampaniyası ilə sosial şəbəkələrdə diqqətləri öz üzərinə çəkdi.

İsveç Milli komandasının bu məğlubiyyətini təmkinlə qarşılayan IKEA, reklamın üzərində “HEMNES” şapka və palto asqısı şəkli ilə birlikdə “Təbriklər, İngiltərə! Sizə şapka çıxardırıq.” mesajı ilə diqqət çəkdi.

Ən sərfəli kredit üçün müraciət et

Vəziyyəti fürsətə çevirən IKEA 8 İyul tarixində ingilis futbol azarkeşlərini sosial media vasitəsilə "IKEA" restoranında sadəcə 1 funta balıq və kartof qızartması yeməyə dəvət etməyi də unutmadı. (Qeyd edək ki, balıq və kartof qızartması İngiltərədə olduqca məşhurdur.)

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et