İİTKM-in analitikinin məqaləsi nüfuzlu “Daily Sabah” qəzetində dərc olunub | Banco.az

İİTKM-in analitikinin məqaləsi nüfuzlu “Daily Sabah” qəzetində dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin maliyyə analitiki Ayaz Müseyibovun “Enerjinin İpək yolu” işə başladı. İndi növbə Avropanındır.” (“The Energy Silk Road” launched. The Ball is now in Europe”) başlıqlı məqaləsi Türkiyənin nüfuzlu “Daily Sabah” qəzetində, eləcə də Anadolu Agentliyinin saytında dərc olunub.

İngilis dilində dərc olunan məqalədə “Cənub Qaz Dəhlizi” layihəsinin texniki-iqtisadi parametrləri barədə məlumat verilməklə birgə, “Bakı –Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” kimi mega layihələrin timsalında qlobal enerji layihələrinin idarəedilməsində Azərbaycanın müsbət rolu və qazandığı uğurlu təcrübə qeyd olunub. Həmçinin, məqalədə Azərbaycan və Türkiyənin birgə səyləri ilə reallaşdırılan “TANAP” layihəsinin regional inkişafa gətirəcəyi faydalar, enerji marşurutlarının diversifikasiyasını genişləndirməklə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki oynadığı müsbət rol qeyd olunub. Analiz müəllifi tərəfindən Azərbaycan və Türkiyənin formalaşdırdığı və artıq zamanın sınaqlarından çıxmış əməkdaşlıq platformasının digər layihələrdə də tətbiq oluna biləcəyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Məqalələrin ingilis dilində olan nümunəsi ilə aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür:

 

 

Ayaz Müseyibovun“Enerjinin İpək yolu” işə başladı. İndi növbə Avropanındır.” Başlıqlı məqaləsi www.iqtisadiislahat.org saytında Azərbaycan dilində də dərc olunub.

 

Ən sərfəli krediti almaq üçün müraciət et