ICON nədir? Haradan almaq olar? | Banco.az

ICON nədir? Haradan almaq olar?

Bazarın diqqət çəkən kriptovalyutalarından olan ICON real dünya ilə kriptovalyuta dünyasını birləşdirir. Maliyyə təşkilatları, sığorta şirkətləri, xəstəxanalar və universitetlər ICON ekosisteminin parçalarıdır.

Koreyanın blockchain sektorunda təsirini artıran ICON bir çox sahə üzrə tətbiqlər hazırlayır. Onlara nəzər salaq.

Qiymətli kağızlar. 2016-cı ildə yaradılan Koreya Maliyyə İnvestisiya Blockchain Konsorsiumu 26 şirkətdən ibarətdir. ICON-un inkişaf etdirdiyi şirkətlərə xüsusi ilk blockchain xidməti “CHAIN ID” və “ID” oğurluqlarının qarşısının alınmasını hədəfləyən təhlükəsizlik sistemi 2017-ci ilin sonunda bazara çıxarıldı. Konsorsiuma daxil olan şirkətlərin ICON məhsullarından istifadə etməyə başlayacağı qeyd olunur.

Sığortaçılıq. Sığorta şirkətlərinin konsorsiumu ICON infrastrukturunu istifadə edərək avtomatlaşdırılmış sığorta tələbi xidmətini hazırlayıb. Şirkətlərin müştəriləri çətin proseslər olmadan sığorta tələb edə bilərlər.

Banklar. ICON şəbəkəsində iştirak edən banklar əvvəlcədən ödənilmiş rəqəmsal ödəniş sistemi üzərində işləyirlər. Sistem daxilində rəqəmsal hesabların idarə edilməsi, yenidən yüklənməsi/ötürülməsi, pul çıxarılması və rəqəmsal pul idarə edilməsi kimi xidmətlər müştərilərə təklif olunacaq.

Universitetlər. Cənubi Koreyadakı universitetlərdə yaradılan Smart Avtomatlardan istifadə edən tələbələr ödəniş və pul köçürə bilərlər.

Xəstəxanalar. Cənubi Koreyadakı xəstəxanalar arasında məlumatların inteqrasiyası və ötürülməsi üçün “P-HIS” adlanan bir sistem hazırlanıb. Sistem daxilində başqa bir texnologiya H-sign istifadə edilir.

“ICONex”

“ICONex” ICX və müxtəlif kriptovalyutaları dəstəkləyən ICON cüzdanıdır. Sürətli əməliyyatlar, təhlükəsiz ödənişlər və istifadəçi dostu interfeysi cüzdanın üstünlüklərindən yalnız bir neçəsidir.

Haradan almaq olar?

2017-ci ilin oktyabr ayında istifadəyə verilən ICON yanvarda 12 dolları keçərək öz rekordunu yeniləmişdi. Hazırda 4,04 dollara bərabərdir. 1,5 milyard dollarlıq bazar dəyəri olan ICON (ICX) təxminən 387 milyon tokenlə kriptovalyutalar arasında 19-cu pillədə qərarlaşıb. Onu “Binance”-dan ala bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et