İclasların 99 %-i pul israfıdır | Banco.az

İclasların 99 %-i pul israfıdır

Məhsuldar işlər görmək üçün sərf ediləcək vaxt və enerjinin boşa sərf edildiyini bilmək insanı məyus edir. Belə ki, iclas otağında heç kəsin müzakirə etmədiyi bir vəziyyətdən söhbət gedir. Qatılmalı olduğunuz növbəti iclasda bu iclasın keçirilməsi üçün lazım olan maddi vəsaiti düşünün və həmin iclasın həqiqətən lazımlı olub-olmadığını fikirləşin.

Birbaşa gəlir əldə etməyəcəyiniz və ya xərclərə qənaət proqramının planlaşdırılmadığı hər hansı iclas, mühüm bir qərar və ya konkret fəaliyyət planının müzakirəsinə həsr edilməyibsə, tamamilə pul itkisidir.

Xüsusilə aşağıdakı hallar üçün keçərlidir:

Məlumat gündəmin bir hissəsidir. Heç bir gündəm məlumat, təkrar, müzakirədən ibarət olmamalıdır.

Gündəmdə olması vacib olan nüanslar; qrup daxilində bütün qrup üzvlərinin iştirakı ilə qəbul edilməli olan qərarların müzakirəsi.

Satışların həyata keçirilməsi üçün iclasların keçirilməsi yaxşı fikir deyil. Möhtəşəm fikirlər və möhtəşəm layihələr satışlara səbəb olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Məsələ iclasda hansısa məlumatı bölüşməkdirsə, bunu başlanğıcda edin. Çünki, komanda üzvləri iclasda qərar qəbul etməlidirlərsə, bu haqda əvvəlcədən məlumatlı olmalıdırlar. Sənədlər, hesabatlar və s. iştirakçılara əvvəlcədən göndərilməlidir. Çünki məhz hansısa məlumatları çatdırmaq üçün iclas keçirmək vaxt itkisindən başqa bir şey deyildir.

İclasların davam etmə müddəti də standart olmalıdır. Müddət adətən 30 və ya 60 dəqiqəni əhatə edəcək şəkildə planlaşdırılır. Heç düşünmüsünüz, 10 dəqiqəlik bir iclas keçirmək məntiqlidirmi?

İştirakçıların gecikməsini problemə çevirməyin

Hər zaman bir neçə nəfər iclasa erkən gəlir və söhbət etməyə başlayırlar. İclasın başlama vaxtı çatsa belə, bir neçə nəfər hələ də gəlməyibsə, onları gözləyin.

İştirakçıların yüksək səslə düşünməsinə icazə verin

İclasda kimsə, “Mən ancaq səsli düşünürəm” deyərsə, onu əsla susdurmayın. Komanda halında qərar veriləcəksə, bu daha faydalı olacaqdır. 

Həmçinin oxu: Dünyanın ən qeyri-adi ofisləri