İcbari sığortanı onlayn almaq hələ belə rahat olmamışdı! | Banco.az

İcbari sığortanı onlayn almaq hələ belə rahat olmamışdı!

Ölkəmizin ən böyük onlayn ödənişlər portal olan www.hesab-az, istifadəçilərinə avtomobillərin icbari sığortasını onlayn şəkildə rahat və təhlükəsiz almaq imkanını yaradır. İstifadəçilər sistemdə olan iki sığorta şirkətindən birini seçərək icbari sığorta polisini rahatlıqla əldə edə bilərlər. Hal-hazırda ölkənin sığorta sahəsində iki aparıcı şirkəti olan Atəşgah Sığorta və PAŞA Sığorta şirkətlərindən birini seçərək sığortanı əldə etmək mümkündür. 

Sığortanı əldə etmək üçün müştəri www.hesab.az portalına daxil olur və “Sığorta” bölməsini seçərək avtonəqliyyat vasitəsi barədə məlumatları daxil edir. Məlumatları daxil etdikdən sonra Atəşgah Sığorta  və ya PAŞA Sığorta şirkətini seçib ödənişi edir. Bundan sonra sığorta şəhadətnaməsi qüvvəyə minir. Bütün bu prosses cəmi 1 dəqiqə ərzində həyata keçirilir və müştəri heç bir yerə getmədən rahatlıqla öz komputeri və ya telefonu vasitəsilə bütün bu əməliyyatları apara bilər. Ödəniş zamanı müştərin kart məlumatları tam təhlükəsiz şəraitdə qorunur. 

Ən sərfəli kredit üçün müraciət et

Hesab.az-la icbari sığorta almağın daha bir üstünlüyü də odur ki, növbəti il icbari sığorta polisinin bitmə vaxtı yaxınlaşdıqda, portal tərəfindən müştəri məlumatlandırılır və müştəri sürətli şəkildə öz polisini yeniləyə bilir. Artıq minlərlə insan hesab.az portalınından sığorta alaraq bu xidmətin üstünlüklərindən faydalanmışdır. 

Siz də rahat və təhlükəsiz şəraitdə icbari avtomobil sığortası almaq istəyirsinizsə sadəcə www.hesab.az portalına daxil olun və şəxsi kabinetinizi daxil olaraq Sığorta bölməsini seçib öz sığortanızı əldə edin. Portal olaraq avtonəqliyyat sahiblərini məlumatlandırmaq istərdik ki, icbari avtonəqliyyat sığortası olmayan və ya müddəti bitən avtonəqliyyat sahibləri cərimələnir. Cərimədən qorunmaq üçün hesab.az portalında icbari avtomobil sığortasını vaxtında almağı tövsiyyə edirik.


Ən sərfəli krediti almaq üçün müraciət et