İcbari sığorta növləri üzrə 217 min dollardan çox kompensasiya ödənilib | Banco.az

İcbari sığorta növləri üzrə 217 min dollardan çox kompensasiya ödənilib

İcbari Sığorta Bürosu (İSB) tərəfindən 2014-cü ildə sayca 50-ci kompensasiya tələbi üzrə ödəniş həyata keçirilib.

İSB tərəfindən bu ilin avqustun 1-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 142-ci km-də naməlum avtomobil nəqliyyatı vasitəsi tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar həmin vətəndaşa 5000 manat məbləğində kompensasiya ödənişi verilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, ümumilikdə cari il ərzində İSB tərəfindən 50 kompensasiya tələbi üzrə 170,38 min manat kompensasiya ödənişi həyata keçirilib.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et