"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir" | Banco.az

"Huawei"in banisi: "ABŞ-ın qərarı şirkət üçün əhəmiyyət kəsb etmir"

"Huawei" şirkətinin banisi Jen Çjenfey ABŞ-ın Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarda fəaliyyətini müvəqqəti yeniləməsi qərarına münasibət bildirib.

Bu barədə "Reuters" xəbər yayıb.

Onun sözlərinə görə, ABŞ-ın qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei"yə çata bilməyəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Çjenfey vurğulayıb ki, şirkətin texnologiyası ABŞ-ın addımlarından zərər çəkməyib.

Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et