Honkonq iqtisadiyyatı bir illik daralmadan sonra nəhayət artım göstərib | Banco.az

Honkonq iqtisadiyyatı bir illik daralmadan sonra nəhayət artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Honkonq iqtisadiyyatı ilin I rübündə 2,7 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Honkonq Baş İcraçı Direktoru Con Li Ka-çiu İcraiyyə Şurasının dünənki iclasından əvvəl birinci rübün artım göstəricisini açıqlayıb.

Buradan bəlli olub ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 2022-ci il ərzində davam edən daralmadan sonra faiz artıb.

Li sözügedən dövrdə bölgənin ixracında azalma müşahidə olunsa da, materik Çində sürətli iqtisadi bərpa və beynəlxalq uçuşların qaydasına düşməsi ilə ikinci rübdə daha yüksək iqtisadi aktivlik gözlədiklərini dilə gətirib.

Çində 1 may İşçi Bayramı münasibətilə elan olunan 5 günlük tətilin başladığı həftə sonunda Honkonqa 320 mini materik Çindən gələn ziyarətçilər olmaqla, ümumilikdə 760 min turistin səfər etdiyini xatırladan Li bu tətil günlərinin yekununda çinli turist sayının 600 minə çatacağını gözlədiklərini söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Honkonqun ÜDM-i 2022-ci ilin birinci rübündə 3,9 faiz, ikinci rübündə 1,4 faiz, üçüncü rübündə 4,5 faiz və dördüncü rübündə 4,5 faiz daralmışdı. Honq-Konq iqtisadiyyatı sonuncu dəfə 2021-ci ilin son rübündə 4,8 faiz artıma nail olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et