Həyatınızı dəyişmək istəyirsinizsə, aynaya baxın! | Banco.az

Həyatınızı dəyişmək istəyirsinizsə, aynaya baxın!

Əksəriyyətimiz həyatımızda dəyişiklik etmək istəyirik. Bu, bizim şəxsi həyatımıza bağlı istəklər ola bildiyi kimi eyni zamanda karyera və fərdi inkişafımıza bağlı dəyişikliklər də ola bilər. Amma, həyatımızdakı xoş dəyişiklikləri daim başqasından gözləyirik. Bir möcüzə nəticəsində istəklərimizin reallaşmasını, baş verən hər bir dəyişikliyin xeyrimizə dəyişməsini istəyərik. Bəs bu baş verirmi?! Çox zaman əlbətdəki xeyr.

Təbii ki, arzulamaq, nəyinsə arzusunda olmaq insana xas təbii özəllikdir və uğurun təməl prinsiplərindəndir. Sadəcə olaraq bu istək yalnız istək olaraq qalmamalı, bu istəyin reallaşması istiqamətində davamlı cəhdlər edilməlidir. Unutmaq lazım deyil ki, hər bir kəs öz həyatının memarıdır. Nəyisə başqasından gözləmək sizi öz bacarıqlarınızı qiymətləndirməyə imkan verməyəcək, getdikcə özünüzü zəif bir insan olaraq görəcəksiniz və təşəbbüskarlıq ruhunuz tədricən yoxa çıxacaq. Su belə hərəkətsiz qalanda iyləndiyi kimi, insanda da bu belədir. Odur ki, hərəkətə keçin və öz arzularınızın memarı özünüz olun.

Arzulamaq, planlar qurmaq, bu planların reallaşması istiqamətində sonsuz cəhdlər etmək, hər hansı bir uğursuzluqdan ruhdan düşmək əvəzinə, ondan nəticə çıxararaq onu təcrübə kimi istifadə etmək uğur qazanmağın pillələridir və bu sadalananları uğurun düsturu adlandırmaq olar.

Ən sərfəli kredit üçün müraciət et

Dəyişiklik qorxusu inkişafın önündəki ən böyük əngəldir. Həyatınızda dəyişikliklər edin, “komfort zona”nızı tərk edərək hədəflərinizə nail ola bilərsiniz. Səhv etməkdən qorxmayın.

Uğursuzluqlar uğurun əlamətləridir. Uğurlar uğursuzluqların nəticəsində meydana gəlir. Ruhdan düşməyin, heç nə və heç kim sizi hədəflərinizə çatmaqdan uzaqlaşdırmasın.

Unutmayın ki, səhvlər sizi təcrübəyə, təcrübə isə doğru qərarlara aparacaq yeganə vasitədir. Heç bir səhv etməmiş insan, heç nəyə cəhd etməmiş insandır. Odur ki, dayanmadan səhv edin :).

Həyatda tək bir ugursuzluq vardır, o da yoxlamamaqdır. Robin Sharma

Müəllif: Nüsrət XƏLİLOV

Ən sərfəli krediti almaq üçün müraciət et